Mülki prosessual hüquq

Mülki prosessual hüquq
İş Qadını - Hüquqlar
10.09.2017 49
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir.

Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb.

Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür.

Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir.



Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar:

ümumi hissə;

xüsusi hissə.



Mülki prosessual hüququn ümumi hissəsi özündə elə normaları əks etdirir ki, bu normaların mülki prosessual hüququn xüsusi hissəsinin bütün və ya bir çox institutları üçün hüquqi əhəmiyyəti vardır.

Mülki prosessual hüququn xüsusi hissəsində nəzərdə tutulmuş normalar prosesin müvafiq mərhələsini və mülki mühakimə icraatının növlərinə dair münasibətləri tənzimləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!