Ofisdə stress: aqressiyadan qurtulmağın yolu?

Ofisdə stress: aqressiyadan qurtulmağın yolu?
İş Qadını - Hüquqlar
10.09.2017 6
Bütün
diqqəti işə yönələn insanın adi texniki nasazlıq, kənardan müdaxilə,
hətta zarafat belə əsəblərini yerindən oynadır. Həmin şəxslər hər şey
qaydasına düşəndən sonra hansı səbəbdən əsəbiləşdiyini izah edə
bilmirlər, "özümdəm çıxdım", "özümə hakim ola bilmədim” "ağlım başımdan
çıxdı" kimi ifadələr işlədirlər.



Bəs
görəsən işdə aqressiyanı yaradan səbəblər nədir? : "Səbəblər müxtəlif
olur. İşi görəndə kompüter donur. Hətta elə olur ki, hirsim soyusun deyə
kompüteri vurmaq; İnternet kəsilir; İş yoldaşım hündürdən danışır; Mənə
yersiz suallar verirlər; Aclıq güc gəlir; Məvacibim gecikir; Mənim işim
telefonla bağlı olduğu üçün, zənglərdən bezirəm. Qəfil bir zəng hansısa
bir xəbər, məni əsəbləşdirir , " və s.



Psixoloqlar
isə bu vəziyyətin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu
bildirir. Amerikalı mütəxəssislərin sözlərinə görə, əsəbləşən zaman
insanda mənfi enerji yaranır ki, bu da hansısa formada çıxmalıdır.
Kiməsə qışqırmaq , nəyisə vurub sındırmaq həmin mənfi enerjinin
çıxmasına kömək etsə də, insana maddi və ya mənəvi ziyan vurur. Məsələn,
istəmədən kiminsə xətrinə dəyə bilərik və ya özümüz haqqında mənfi rəy
formalaşdıra bilərik.



Mütəxəssislər
belə halların daha çox Amerika, Avropa ölkələrində baş verdiyini
deyirlər. Azərbaycanda isə milli mentalitet, ətrafdakılara hörmət hissi,
eyni zamanda iş yerini itirmək qorxusu kimi məqamlar belə halların
qarşısını alır. Psixoloqlar məsələhət görürlər ki, əsəbi işçini işdən
qovmaqla ona daha bir zərbə endirmək yox, mümkün olduqca müalicəyə
göndərmək lazımdır.



Ofisdə
əsəbini cilovlaya bilməyənlərə isə məsləhət görülür ki, kimsənin eşidib
görməyəcəyi bir məkana çəkilib istədiyi kimi qışqıra, və ya ürəyini
boşalda bilər. Məsələn, üzünü divara tutub "bəsdi məni narahat edin!” -
deyib özünü sakitləşdirmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!