Ən gərgin peşələrlə tanış olun

Ən gərgin peşələrlə tanış olun
İş Qadını - Hüquqlar
10.09.2017 5
ABŞ-da İnsan Resursları Təşkilatı ən gərgin və əksinə, stressdən uzaq olan 10 peşəni müəyyən edib.

 

Qadınlar.Biz xarici
mətbuata istinadən xəbər verir ki, ABŞ-da insan resursları sektorunda
fəaliyyət göstərən "Careercast" təşkilatı 200 iş arasında bu siyahını
tərtib edib.

 

Təşkilatın
internet saytında yer alan siyahıya görə, orta hesabla il ərzində 27
min 936 dollar gəlir qazanan hərbçilər ən gərgin işlə məşğul olur.
Tədqiqatda xüsusilə cəbhə xəttində xidmət edən əsgərlərin 30 faizinin
zehni problem yaşadığı qeyd olunub.

 

Siyahıda
ikinci yerdə orta hesabla il ərzində 45 min 970 dollar gəlir
qazanan yanğınsöndürənlər durur. Araşdırmada göstərilir ki, ABŞ-da ötən
il 80 yanğınsöndürən vəzifəsini yerinə yetirərkən həyatını itirib.

 

İl
ərzində orta hesabla 103 min 390 dollar qazanc əldə edilən pilotlar ən
stressli peşələr siyahısında üçüncü yerdə qərarlaşıblar.

 

Siyahının 4-cü pilləsində polislərin adları çəkilib. Tədbir təşkilatçılığı ilə məşğul olan insanlar isə siyahıda 5-ci yerdədir.

 

Siyahının
altıncısı ictimaiyyətlə əlaqələr şöbəsində çalışanlar, yeddincisi
şirkət idarəçiliyi, səkkizinci yerdə isə televiziya və radioda canlı
yayın aparan aparıcı və işçiləridir.

 

Qəzet
müxbirliyi ən gərgin peşə siyahısında 9-cu yerdədir. Tədqiqatda
göstərilib ki, qəzetlərin reklam gəlirləri azaldığı və xəbər
portallarının sayı durmadan artdığı üçün işdən çıxarılanların və
işçilərin əmək haqları gündən-günə aşağı düşür. Amerikada jurnalistlərin
orta hesabla illik qazancı 37 min 200 dollardır.

 

Sonuncu yerdə isə sürücülər qərarlaşıb.

 

Ən stressiz peşələr

Təşkilatın
müəyyənləşdirdiyi ən stresssiz və ən rahat peşələr siyahısında müvafiq
 olaraq UZİ mütəxəssisi və təhsil sahəsinə aid olan peşələr  gəlir.

 

Araşdırmaya görə, saç stilisti, zərgərlik, diyetoloq və kitabxanaçılıq ən stressiz peşələr siyahısına daxildir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!