Uşaq valideynlərini nə zaman məhkəməyə verə bilər?

Uşaq valideynlərini nə zaman məhkəməyə verə bilər?
İş Qadını - Hüquqlar
10.09.2017 4
[url=http://]http://[/url]V.
Həsənov qeyd edib ki, həm beynəlxalq konvensiyalar, həm də Azərbaycan
qanunvericiliyi ilə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam
fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.



Hüquq
məsləhətçisi bildirib ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq,
öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın
maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq
hüququna malikdir.



Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir:



"Həsənov
deyir ki, valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı
yaşaması uşağın hüquqlarına təsir etməməlidir. Valideynlər ayrı
yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə
Məcəlləsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri,
qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna
malikdir. Hətta valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz
valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşağın ekstremal
hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə
müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş
qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququ var".



Vəkil
bildirib ki, uşağın valideynləri olmadıqda, onlar valideynlik
hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi
digər hallarda, uşağın ailədə tərbiyəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təmin edilməlidir.



Uşağın
hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz
edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən
həyata keçirilir.



Qanunvericiliyə
uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli
hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə
hüququnu müstəqil həyata keçirirlər.



V.Həsənov
bildirib ki, qanunvericilik uşaqlara hüquq və mənafeləri pozulduğu halda
məhkəməyə müraciət etmək hüququ verir. Belə ki, uşağın hüquqları və
qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri)
uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya
valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını
qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə
məhkəməyə müraciət etmək hüququna malikdir.



Həmçinin
uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb
olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı
olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki
olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə
borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda
uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri
tədbirlər görməyə borcludur.



Bəzən
uşaqlar ailədə müxtəlif məsələlərin müzakirəsindən kənar tutulur,
onların həmin məsələ ilə bağlı fikirləri nəzərə alınmır. Qanunvericilik
bu sahədə uşaqların mənafeyini müdafiə edir.



V.Həsənov
deyir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli
zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati
araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına
zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri
mütləq nəzərə alınmalıdır. Bəzi hallarda məhkəmə və ya qəyyumluq və
himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul
edə bilər.



Uşağın
ailədə hüquqlarından biri də onun ad, ata adı və soyad daşımaq
hüququdur. Vəkil deyir ki, uşağa ad valideynlərin razılığı ilə verilir.
Soyad isə bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.
Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin
razılığı ilə atanın və ya ananın soyadı verilir. Müvafiq icra
hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının
dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına
dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın
mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı
və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.



Qanunvericiliyin
uşaqların əmlak hüquqlarını müdafiə etdiyini deyən V.Həsənov bildirib
ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən vəsait almaq
hüququna malikdir:



"Aliment,
pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin
(onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən
uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə
uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox
olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank
hesabına köçürmək barədə qərar çıxara bilər".



Hüquq
məsləhətçisinin sözlərinə görə, uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə
şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş
digər əmlaka mülkiyyət hüququna malikdir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!