CEO kimi görünməyin yolları

CEO kimi görünməyin yolları
İş Qadını - Hüquqlar
10.09.2017 27
Business Insider geyiminizə sərvət xərcləmədən uğurlu bir CEO kimi görünməyin ən incə yollarını sadaladı:

 

Əsas bir geyiminiz olsun

Hər
mövsüm geyə biləcəyiniz dözümlü geyimə sərmayə qoyun. Qara, göy və boz
kimi rəngləri seçsəniz həmin paltarı hər şeylə geyə bilərsiniz.

 

Dərziyə gedin

Aldığınız
hazır geyimləri dərziyə gedib üstünüzə tam olacaq hala gətirərək,
üstünüzdə mükəmməl dayanan geyimlərə sahib ola bilərsiniz.

 

Güclü olun

Geydiyiniz zaman özünüzü güclü hiss etdirən geyimləri seçin.

 

Tərziniz olsun

"Milyonerin
Cib Kitabı" adlı kitaba görə geydiyiniz paltodan, içdiyiniz qəhvəyə
qədər etdiyiniz seçimlər böyük əhəmiyyət daşıyır. Kitabda bildirilir ki,
"içdiyiniz qəhvə belə artıq tərzinizi nümayiş etdirir. Çalışdığınız
şəxslər də marka seçimlərinizə görə sizin istəkləriniz haqqında fikir
sahibi ola bilər."

 

Yaxşıca yuxunuzu alın

Daha yaxşı işləmək və daha sağlam görünmək üçün gecələri yaxşı yatmaq böyük əhəmiyyət daşıyır.

 

Aksesuarlara əhəmiyyət verin 

İnsanların
gözünə çarpacaq bir bijüteriya tapmaq əhəmiyyət daşıyır. Böyük,
dəbdəbəli və parlaq bir bijüteriya yerinə sadə bir inci boyunbağı seçilə
bilər.

 

Dik daban geyinin

Araşdırmalara görə
dikdaban geyinmiş qadınlar daha etibarlı, zəngin, müvəffəqiyyətli və
müstəqil olaraq qəbul edilir. Uzun boylu görünməyiniz iş dünyasında
faydalı ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!