Xəyallarınızdakı işi necə tapmalı?

Xəyallarınızdakı işi necə tapmalı?
İş Qadını - Hüquqlar
10.09.2017 37
Konfutsi deyir: "Sevdiyiniz işlə məşğul olun və o zaman siz bütün ömrünüz boyu bir gün belə işləmək məcburiyyətində qalmayacaqsınız”.

Arzuladığınız işi necə tapa bilər, cari işinizin sizin üçün nə dərəcədə düzgün olduğunu necə müəyyənləşdirə bilərsiniz? Ömrünüzün sonuna kimi məhz bu işlə məşğul olmaq istədiyinizdən əminsinizmi?

Aşağıda qeyd olunan nüanslar xəyallarınızdakı işi tapmağınıza yardımçı ola bilər. 

1. İşinizdən məmnun olduğunuza əmin olun. Hər işin öz eniş-yoxuşu, yaxşı günləri və yataqdan çıxmaq istəmədiyiniz günləri olur. Odur ki, daimi eyforiya gözləməyin. Lakin işinizi sevsəniz, bu çətinlikləri olduğu kimi, sakit şəkildə və yumorla qəbul edə bilərsiniz. Yaxşı xəbər isə odur ki, işdən məmnunluq hissi həqiqətən də mövcuddur.

2. Dəyərlərinizi, arzu-istəklərinizi müəyyənləşdirin. Sizi həqiqətən də narahat edən şeyləri əvvəlcədən müəyyənləşdirərək sonrakı ürək və baş ağrılarını özünüzdən uzaq saxlaya bilərsiniz. Həqiqətən nələri istədiyinizi anlayın və onları vaciblik dərəcəsinə görə sıralayın. Bu siyahıya ev, istirahət, ailə ilə vaxt keçirmək  və s. daxil ola bilər.

3. Maraq dairənizi müəyyənləşdirin. Özünüzdən nələri etməkdən zövq aldığınızı, hədəflərinizin nə olduğunu soruşun. Gözlərinizi yumun və bir neçə ay və ya il sonra harada olmaq istədiyinizi, özünüzü harda gördüyünüzü təsəvvür etməyə çalışın. Böyük xəyallar qurmaqdan qorxmayın.

4. Güclü və zəif cəhətlərinizi tanıyın. Yəqin ki, hansı sahələrdə güclü olduğunuz və nələrin sizlik olmadığını özünüz yaxşı bilirsiniz. Güclü tərəflərinizi müəyyənləşdirin və onlardan lazım olan anlarda istifadə edin.

5. Təkmilləşməyə can atın. Bugünkü iş dünyasında öyrənmək olduqca vacibdir .Özünüzü təkmilləşdirmək məqsədilə işinizdən mütləq bir müddətlik ayrılmalısınız deyilən bir şey yoxdur. Hər hansı yeni bir proqramı elə iş yerinizdə də öyrənə bilərsiniz.

6. Tədqiqat, tədqiqat, tədqiqat. Bura müxtəlif sənaye sahələri və şirkətlər haqda kitablar oxumaq daxildir. Lakin bu, son deyil. Eyni sahənin mütəxəssisləri ilə əlaqə saxlayın, onlardan məsləhət alın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!