İşinizdə rəhbər ola bilərsiniz, evinizdə necə?

İşinizdə rəhbər ola bilərsiniz, evinizdə necə?
İş Qadını - Hüquqlar
10.09.2017 12
”Həyat
bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən
V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda
hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm
ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq
hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması
isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.

Məsələn,
bəziləri bu rollardan yalnız birini qəbul edir və həyatlarının böyük
bir hissəsini bu rola həsr edirlər. Xüsusilə də rəhbər olduqları
müəssisədə ətrafdakılara əmrlə müraciət edənlər bu rollarını eynilə
evlərində də davam etdirirlər. Təbii ki, bu rollar arasındakı fərqi dərk
edənlər, belə problemlərlə üzləşməyənlər də var. Ancaq ata və ya həyat
yoldaşı olduqlarını unudanlar və iş yerindəki rolunu evdə davam
etdirənlər də az deyil. İnsan iş yerində əmrlər verə və istədiyini
almadıqda sərt qərarlar qəbul edə bilər. Ancaq eyni şeyləri evdə təkrar
edə bilməz.



Əgər
o, iş yerindəki səlahiyyətlərindən ailə üzvlərinə qarşı da istifadə
etməyə çalışsa, müxtəlif problemlərlə üzləşər. Digər tərəfdən, onun
uşaqları, xüsusilə də həyat yoldaşı ilə bu cür rəsmi rəftar etməyə haqqı
yoxdur.



Ailədə
başçı olmağı bacaran şəxs ailə həyatında arzu etdiyi tarazlığı qorumağı
da bacarar. Həyat yoldaşı ilə münasibətlərini sevgi və hörmət üzərində
qurar. Əks halda ailə üzvlərinin ona qarşı hörməti azalar və ailədə süni
münasibətlər hökm sürməyə başlayar. Təbii ki, bu cür münasibətlər
tərəflərin heç birini qane edə bilməz, sevgi və hörmətin yerini qorxu
alar.



Buna
görə də iş yerinizi tərk etdiyiniz andan evdəki rolunuzu mənimsəyə
başlayın. Əsl müvəffəqiyyəti evdəki rolunuzla əldə edəcəyinizi
unutmayın. Əgər işinizdən qaynaqlanan yorğunluqdan və ya iş yerinizdə
baş verən problemlərdən yaxa qurtarmaq istəyirsinizsə, özünüzü çox
əziyyətə salmayın, sadəcə olaraq rolunuzu dəyişin. Onda nə qədər rahat
olduğunuzu görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!