Artıq çəki karyeranı məhv edə bilər

Artıq çəki karyeranı məhv edə bilər
İş Qadını - Hüquqlar
10.09.2017 33
Hər
birimiz bilirik ki, artıq çəki sağlamlığa ziyanlıdır. Piylənmə diabet,
oynaq problemləri və digər xəstəliklərə səbəb ola bilər. Bu yaxınlarda
keçirilən ictimai sorğu nəticəsində məlum olmuşdur ki, nəinki sağlamlığa
hətta karyeraya da ziyan verə bilər.



"Kökdür, demək tənbəldir” steriotipi çoxdan müasir insanların düşüncələrinə hakim olmuşdur.



Brianiyalı
işçilər, arasında aparılan sorğunun nəticələrinə görə artıq çəkiyə
malik insanlara işə düzəlmək və karyera qurmaq çox çətindir. Sahibkarlar
belə insanları daha az iş qabiliyyəti və daha zəif əməksevərliyə malik
olduğunu düşünürlər.



Bu
yaxınlarda ABŞ-da keçirilən araşdırmalar nəticəsində məlum olub ki,
artıq çəki problemi olan insanlar, daha az məhsuldarlığa malikdirlər və
istehsalat travmalarına daha çox məruz qalırlar. Virginiya ştatı
Universitetinin alimləri müxtəlif çəki dərəcələrinə malik insanların
eyni işin icrasına sərf etdikləri zamanı hesablamışlar. Məlum olmuşdur
ki, artıq çəki, insanların 40 % daha yavaş iş görməsinə səbəb olur.



Bu
yaxınlarda Danimarkada da bu mövzuda qalmaqal baş vermişdi. Uşaq
bağçasının işçisi Karsten Kaltoftu artıq çəkiyə görə əyilib uşağı
ayaqqabılarının iplərini bağlaya bilməməsinə görə işdən qovmuşlar.



Sosioloqlar
sübut etmişlər ki, əyər eyni bir işə, eyni bilik və bacarığa malik iki
işçi müraciət etsə onda onlardan birinin artıq çəkiyə malik olması
səbəbi onun bu işi itirməyinə gətirib çıxarar. 56% sahibkarlar etiraf
etmişlər ki, artıq çəkini namizədlərin şəxsiyyətlərinin zəif olamsı ilə
əlaqələndirirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!