Qadınların daha çox seçdiyi və seçildiyi 10 peşə

Qadınların daha çox seçdiyi və seçildiyi 10 peşə
İş Qadını - Hüquqlar
10.09.2017 13
Qadınların üstünlük verdiyi iş yerləri aşağıdakılardır(Harris Interactive jurnalının araşdırmasına görə):

10-Hava yolları

Təxminən
25-32 yaşlarında qadınlar bu sahəyə daha çox maraq göstərir. Bu gün
hava yolu sahəsində işləyənlərin 80%-ni qadınlar təşkil edir. Hava yolu
firmalarının gözəl görünüşlü qadınlara əhəmiyyət verməsi də bu sahənin
siyahıda yer tutmasına gətirib çıxarır.



9-Satış

Cazibədar
görünüş satışı artırır. ABŞ-da satış nöqtələrinin 34%-i və xidmət
işlərinin 20%-i qadınların əlindədir. Məlumatlara görə, satıcıların
28%-ni qadınlartəşkil edir.



8-Restoran

Gözəl
qadınlar çöldə yeməyi sevir, qadınlar yeməklərinin 18%-ni restoranlarda
yeyirlər. Necə kişinin ürəyinə gedən ən qısa yol mədəsindən keçirsə,
qadının ruhuna gedən ən qısa yol da şirniyyatdan keçir. Restoranda
işləyən qadınları həmişə gülər üzlü və istiqanlı görməyimizin səbəbi də
məhz budur.



7-Bank işi

"Qadınların
pul anlayışı yoxdur" deyiminə inanan var görəsən? Hər hansı bir bank
şöbəsinə girin, içəridə kişi işləyənlərə nisbətlə daha çox qadın işçilər
görəcəksiniz. Statistics Canadanın araşdırmasına görə 2005-ci ildə bank
sektorundakı işçi qüvvəsinin 70%-i qadınlara aiddir. Bundan başqa
banklar imicə də çox əhəmiyyət verdikləri üçün bankda işləyənləri qəşəng
və gözəl görünməlidir.



6-Mətbuat işçisi

Qadınların
oxumağı çox sevdiyi, sirr deyil. APin son araşdırmasına görə qadınlar
ildə 9 kitab oxuyurlar, kişilər isə cəmi 5 kitab da oxumaqla
kifayətlənirlər (söhbət kitab həvəskarlarından getmir). Bundan başqa,
romanların 80%-i də qadınlar tərəfindən oxunur. Bu demək olur ki,
nəşriyyat sahəsində olan birinin mütləq qadın pərəstişkarları olur.
Lakin bu sahənin 10luqda olmağının səbəbi nəşriyyat sahəsində, təhsilli
və yaradıcı qadınların çoxluğudur.



5-Kommunikasiya ilə bağlı peşə sahələri

Gözəlliyin
satışı artırdığından bəhs etmişdik. Bir neçə sahəni birləşdirən satışa
çıxarmaq, insan əlaqələri(human relations) və reklam, bu sahə özünü
təqdim etməyin əhəmiyyətini bilən ağıllı və gözəl qadınlarla doludur.
Nəticədə imic onların işidir.Xaricdə kommunikasiya sahəsində kurs
keçənlərin 64%-i qadındır.



4-Fitness

Bədənlərin
yaxşı baxan və formada olan qadınları tapmaq üçün baxıla biləcək daha
yaxşı bir yer var? Yalnız əzələləriylə əlaqədar deyil, idman intizam,
ehtiras və bədənini tanımağı tələb edir. 2004-cü ildəki məlumatlara görə
qadınlar idman və fitness sahəsində işləyənlərin 65%-ini təşkil edirlər



3-Kosmetika

Gözəllik
qadınların işidir. Bu sahədə işləyən məşhurlara nəzər yetirək: Jessica
Alba, Sarah Michelle Geller, Jennifer Love Hewitt, Liya Kebede, Eva
Longoria, Liv Tyler, Qata Winslet, Zhang Ziyi. Bu qadınların gözəl deyilmi?



2-Təşkilatçılıq

Görkəmli
və qərarlı bir qadından, bundan daha artıq heç nə gözləmək olmaz.
Təşkilatçılıq sahəsində çalışan üçün bu ən vacib xüsusiyyətlərdir.Toy,
party və ad günü təşkilatçılığı həmişə tam və qüsursuz olmalıdır. Bu
sahəyədə qadınların hakim olduğunu əlavə etsək bu sahənin niyə 2-ci
olduğu ortaya çıxır.



1-Moda

Əvvəlki
sahələri izah edərkən fiziki gözəllik və özünü göstərməkdən bəhs etdik.
1 nömrəli sahə üçün bu xüsusiyyətlərin hamısını sayaq və üstünə də
supermodelləri əlavə edək. Moda sənayesi yalnız supermodellərlə deyil,
onlardan başqa müvəffəqiyyətli qadın dizaynerlər, modelyerlərlə doludur.

Cinsiyyətlərinə
görə ayrılan işlər artıq keçmişdə qaldı. 2007-ci ildə Birləşmiş
Ştatlarda iş qüvvəsinin 47%-ini qadınlar təşkil edir və 2016-cı ilə
qədər bu faizin 49% olması gözlənilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!