Analıq və qadın problemləri

Analıq və qadın problemləri
İş Qadını - Hüquqlar
10.09.2017 18
Gender bərabərliyi uğrunda mübarizə İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər
arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o
demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir.
Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş
nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə
dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri
qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu
dəyişdirmişdir. XX əsrin sonunda "gender" anlayışı formalaşmışdır ki,
bunu da "sosial cins" kimi səciyyələndirmək olar. Qadın və kişilər
arasında sosial bərabərlik "gender bərabərliyi" kimi qəbul edilir.

Qadınların
cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi
qəbul edilməməlidir. Bu proses, eyni zamanda, hər hansı bir ölkədə və ya
bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender
bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur.
Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər
bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və
kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan
qaldırılmasına, yaxud kəskin surətdə azalmasına şərait yaradır.

Yeni
texnoloji nailiyyətlər, eyni zamanda, qadınların ev işlərinə sərf
etdiyi vaxtın qənaətini də təmin edir. Belə bir şəraitdə gender
problemlərinin həllinə, yəni qadın və kişilərin cəmiyyətdəki
vəziyyətində mövcud olan fərqlərin aradan götürülməsinə xidmət edir.

Bəzi
hallarda gender problemlərini qadınların vəziyyətinin
qiymətləndirilməsi və yaxşılaşdırılması kimi qələmə verirlər. Lakin
gender problemlərinin təkcə qadın problemləri kimi qiymətləndirilməsi
düzgün deyil. Gender problemlərinin öyrənilməsi və bu sahədə olan
problemlərin həlli həm kişilər, həm də qadınlar üçün vacibdir. Bu
problemlərin həlli qadın və kişi arasında əmək bölgüsü münasibətlərinin
yaxşılaşmasına və insan potensialının inkişaf göstəricilərinin
yüksəlməsinə xidmət edir.

Azərbaycan cəmiyyətində qadının mövqeyi

Gender
İnkişaf Əmsalı ilə yanaşı, qadınların inkişafına xidmət edə bilən
imkanların mövcudluğu digər bir əmsalla hesablanır. Bu, xüsusi bir
əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu
əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil
edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifələri
dedikdə, qadıların nazir, xarici ölkələrdə səfir vəzifələrində
çalışmaları, yaxud şəhər, ya digər yaşayış məntəqələrinin rəhbəri
seçilməsi də nəzərə alınır. Dünya parlamentlərində qadınlar, orta
hesabla, bu qurumun üzvlərinin 11,8%-ni təşkil edir. Azərbaycanda bu
rəqəm 12%-dən çoxdur. Maksimal göstərici (42,7%) İsveç parlamentindədir.
Minimal göstərici isə qadınların qanunvericilik qurumlarında tamamilə
təmsil edilməməsi nəticəsində yalnız bəzi Asiya və Afrika ölkələrində
müşahidə olunur.Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu
sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək
inkişaf etmiş ölkələrdə də mövcuddur.  Müşahidə olunan qeyri-bərabərliyi
aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq
tədbirlər həyata keçirilir. Gender İnkişaf Əmsalının ən yüksək
göstəricisi Norveçdədir. Yüksək göstəricilər, həmçinin Avropanın bəzi
ölkələrində, ABŞ və Kanadada müşahidə olunur. Azərbaycanda bu əmsal
yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəriciyə görə
vəziyyət İtaliya, İspaniya, İsrail, Yunanıstan, Portuqalya, Çexiya,
Macarıstan və bir sıra başqa ölkələrdə müşahidə olunan səviyyəyə
yaxındır.

Gender
bərabərliyinin təmin edilməsi üçün qadınlar və kişilər arasında mövcud
olan bərabərsizliyin aradan qaldırılması istiqamətində əsas məqsədlərə
aşağıdakılar aiddir:

* Yoxsulluqla
mübarizə. Bu sahədə bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq,
yoxsulluq sahəsində gender qeyri-bərabərliyi mövcuddur. Azərbaycanda da
bu göstəricinin aşağı salınması üçün müvafiq siyasət həyata keçirilir.

* Qadınların
təhsil və təlimi. Bəzi ölkələrdə təhsil sahəsində gender
qeyri-bərabərliyi mövcuddur və aradan qaldırılmalıdır. Qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender
qeyri-bərabərliyi mövcud deyil.

* Qadınların
sağlamlığı. Bu sahədə bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə
olunmasına baxmayaraq, qadınların orta ömür uzunluğu kişilərin ömür
uzunluğundan, bir qayda olaraq, çoxdur.

 Lakin buna baxmayaraq, ölkəmizdə qadınların sağlamlıq problemleri mövcuddur və onlar aradan qaldırılmalıdır.

*
Cinsi əlamətə görə ayrı-seçkiliyin yolverilməzliyi. Qadınlara yalnış və
qərəzli münasibət qızların ailə tərbiyəsindən başlayır. Qızlar artıq
uşaq yaşlarından cinsi əlamət üzrə ayrı-seçkiliyi öz üzərində hiss
edirlər. Belə ayrı-seçkiliyin mövcud olduğu ölkələrdə qızlara nisbətən
oğlanlara daha çox diqqət və qayğı göstərilir. Onları daha yaxşı
yedizdirir, geyindirir, daha çox həvəsləndirirlər. Təhsil almaq
bacarıqlarını inkişaf etdirmək, öz ehtiyac və maraqlarını təmin etmək,
yenilklərlə tanış olmaq, həyata öz şəxsi baxışlarını formalaşdırmaq üçün
onlara daha geniş imkan yaradırlar.

Nəticədə, belə cəmiyyətdə oğlanlar qızlara nisbətən daha mükəmməl təhsil alır və özlərini daha inamlı, arxayın hiss edirlər.

Qadın hüquqları insan hüquqlarının ayrılmaz hissəsi kimi

Bütün
dövrlərdə qadının cəmiyyətdə rolu əslində böyük olub. Çünki qadın
anadır. Hər bir cəmiyyətin özəyi ailədir. Ailə qadının üzərində nə
dərəcədə böyük məsuliyyət düşdüyünü qəbul edən hər kəs bilir ki,
savadlı, dünyagörüşlü, azad fikirli qadının uşağına verdiyi tərbiyə ilə
dünyagörüşsüz, əzilən, istismar olunan, təhqir və təzyiqlərə məruz qalan
qadının öz uşağına verdiyi tərbiyə arasında böyük fərq var. Qadınların
evdə yaratdığı rahat mikromühit də bu amillə dolayısı ilə bağlıdır.
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bunu hələ XİX  əsrin
sonlarında çox gözəl anlayır və qadınların təhsil almasında dinə zidd
heç bir şey olmadığını təbliğ edirdi. Hacının vəsaiti ilə 1901-ci ildə
Bakıda tikilən Qızlar məktəbi onun Azərbaycan xalqı qarşısında ən böyük
xidmətlərindən biri idi. Deməli, qadınının insan inkişafı üçün mövcud
olan məhdudiyyətlərlə üzləşməsi bütövlükdə cəmiyyətin inkişafına mane
olur. Çünki cəmiyyətin və onun aparıcı qüvvəsi olan insanın inkişafı,
irqindən, cinsindən, milliyyətindən, dini mənsubiyyətindən, yaxud
coğrafi mövqeyindən asılı olmayaraq, hər bir insan üçün şərait
yaradılmasını tələb edir!





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!