Soruşmadan mühakimə etməyin

Soruşmadan mühakimə etməyin
İş Qadını - Hüquqlar
10.09.2017 30
Son
zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq
hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının
alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan
uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun
qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar.  Bunun üçün
lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa
gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər. 

Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin
televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə
yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla
bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla
kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə
danışdığını soruşub. Gəlin isə suala  "Sevgilimlə danışırdım" deyə cavab
verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin
qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə
yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf
edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu
araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə,
gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı
ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş.
Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki,
cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı
verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.

Əminəm
ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə
hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları
mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb
nədir?" deyə soruşmaq çoxmu çətindir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!