Uşaq Hüquqları konvensiyası

Uşaq Hüquqları konvensiyası
İş Qadını - Hüquqlar
10.09.2017 51
Uşaq Hüquqları Konvensiyası  20 noyabır 1989 - cu il BMT - nin  Baş Assambleyası tərəfindən qəbul edilmişdir.

Uşaq
Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq,
dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən
edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı
üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın
ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə
yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları
Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat
verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci
universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir
sənəddə cəmləşdirib.

Konvensiya
uşaqların iqtisadi  sosial mədəni və hətta siyasi hüquqlara malik
olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris
prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait
çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər. Bu
vəsaitdən istifadə edərək və öz yaradıcılıq qabiliyyətinizi əlavə
edərək siz tədris prosesini lazımi istiqamətə yönəldə bilərsiniz. Giriş
hissədən sonra siz Konvensiya tərəfindən qorunan hüquqların bölündüyü 4
kateqoriya ilə yaxından tanış olacaqsınız.

Uşaq
hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri
ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş
kateqoriyaya bölünə bilər:

İnkişaf hüquqları – bu hüquqlar
uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin
edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni
tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir
və din hüquqları aiddir.

Müdafiə hüquqları – bu hüquqlar
uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar,
məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq,
cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı,
narkotik maddələrin istifadəsi və seksual istismar kimi məsələləri əhatə
edir.

İştirak hüquqları – bu hüquqlar
uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır.
Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda
öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir.
Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı
və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi
yetişməkdə onlara yardım edəcək.

Yaşamaq hüquqları –
bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək
hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi
xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!