Zəif tərəflərini burax, güclü tərəflərinə bax!

Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
İş Qadını - Hüquqlar
10.09.2017 7
İş
həyatında çox adam zəif cəhətlərini inkişaf etdirmək üçün böyüb bir
zəhmət sərf edər. Və çox vaxt bu zəhmət istənilən nəticəni verməz.
Halbuki eyni səy güclü yanları daha da inkişaf etdirmək üçün göstərilsə
ortaya tam fərqli bir ədvəl çıxa bilər. Necəmi… 



TUTQUNU TAP, QABİLİYYƏTLƏRİNİ DANIŞSIN

Hamımız
bir şəkildə zəif olduğumuz nöqtələrdə özümüzü inkişaf etdirməyi
istəyərik. Zaman zaman özümüzə əziyyət veririk. Zəif olduğumuz bir
nöqtəmiz istədiyimiz qədər qüvvətli bir nöqtəmiz halına çevrilmir deyə
özümüzü dağıdıb dururuq.



Pozitiv
Psixologiya ilə 2000-ci ildən bu yana maraqlanıram. Xüsusilə bu axını
başladan və yayılmasına səbəb olan University of Penn professorlarından
Martın Seligmanın kitabları və işləri üzərində baş sındırıram. Martın
Seligman həyatda məhsuldarlıq, müvəffəqiyyət və xoşbəxtlik kimi faktları
anlamamızı təmin edən qisimə müsbət psixologiya adını vermiş. 



Bu
işlərdən bir dənəsi isə uğurlu olmaq üçün qüvvətli olduğunuza
inandığınız istiqamətlərinizi və qabiliyyətlərinizi daha çox istifadə
etmənizin və inkişaf etdirmənizin lazım olduğudur. Halbuki idarəçilər
əsasən çalışanların zəif olduğu məsələlərdə özlərini inkişaf
etdirmələrini təmin etməyə çalışar. İnsan Qaynaqları mütəxəssisləri
inkişaf etdirilməsi lazım olan sahələrdə təhsil proqramları təşkil edər.
Yəni qabiliyyətimizin çox olmadığı sahələrdə güclənmək üçün axıntıya
avar çəkməyə çalışmaq kimi bir şey bu. Ya da şəkil çəkməyə qabiliyyəti
olmayan bir insan fırça-mürəkkəb şəkil çəkdirmək istəmək kimi… 



Bu
yaxınlarda çox qabiliyyətli bir gənc məndən 'inkişaf etdirməm lazım
olan sahələr nələrdir?' deyə soruşdu. Özünün kifayət qədər
müvəffəqiyyətli olmadığına inanırdı. Halbuki gələcək vəd edən,
ehtiraslı, enerji dolu, məlumatlı və tutumu yüksək bir gənc idi. Tək
etməsi lazım olan daha çox təcrübə sahibi olmaq idi. Buda ancaq zamanla
mümkün idi. 



Məncə
adamın müvəffəqiyyətli olmaq istədiyi sahədə təhsil və məlumat
əskikliyi varsa, bu çatışmazlığı aradan qaldırmanın ən əhəmiyyətli yolu
oxumaq, təhsil almaq və davamlı öyrənmək üçün ehtiraslarını canlı
tutmaqdan keçər. Daha sonra bu öyrəndiklərini tətbiq etmədəki
müvəffəqiyyəti onu kariyerasında daha yüksək nöqtələrə çatdıracaq. 



İnsanın
güclü yanlarını anlaması üçün 'Həyatda məni nə həyəcanlandırar?'
sualına verilən cavabın əhəmiyyətli olduğunu söyləyir Seligman. 



İş
yerinizdə qabiliyyətli olduğunuz mövzularda «hər gün» bir az daha çox
işlər etməyi təcrübə edin. Amma bu etdiklərinizin bir-birinin eynisi
deyil sizi hər gün bir az daha limitlərinizi zorlamağa təşviq edəcək
xüsusiyyətdə olmasına önəm verin. 



Zəif
olduğunuzu düşündüyünüz cəhətlərinizi inkişaf etdirmə səy edin. Faydalı
olacağı şübhəsizdir, amma bu mövzularda özünüzü yeyib bitirmək yerinə,
özünüzə çox da xoşlanmadığınız bu məsələlərdə daha yavaş hərəkət
etdiyiniz üçün qəzəblənməməyi təcrübə edin. Bir il boyunca
qabiliyyətiniz olan mövzularda daha çox çalışın. İl sonunda nələr hiss
etdiyinizi düşünün və necə inkişaf göstərdiyinizə baxın. Fərq
görəcəyinizə inanıram. 



Bu metod bir sahədə mütəxəssisləşmənizə də köməkçi olacağından, yüksələn bir müvəffəqiyyət qrafiki qurmanızda iştirak edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!