Özünü kiçik görmə!

Özünü kiçik görmə!
İş Qadını - Hüquqlar
10.09.2017 12
Bəzən
yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özünüzü
qiymətləndirər, bacaracağınız işlər haqda yanlış qənaətə gələrsiniz.
Fəaliyyət göstərmək istədiyiniz sahədə sizdən yaşca böyük insanlar
mövcuddur. Ya da iş həyatına atılan insanların ortalama yaşı sizin
yaşınızın çox üstündədir. Müvəffəq olmaq üçün aylara, aylardan mürəkkəb
illərə ehtiyacınız var. Yanlış qəbullanma... Düşüncələrinizi öz inamla
yoğurub, çalışmalarınızla canlılıq qazandırdıqdan sonra müvəffəq olmaq
üçün tələb edilən mütləq yaş həddindən söz gedə bilməz. Tarixin hər
səhnəsi bunu təsdiqləyəcək örnəklərlə doludur.

• Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.

• Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi.

• Fateh Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən 21 yaşında idi.

• Uilliam Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu.

• Motsartın konsert verməyə başladığında 6 yaşı var idi.

• Corc Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdı.

• Frensis Bekon şah əsəri "Noum Orqanum"u 15 yaşında yazmışdı. 

• "Dell" şirkətini təsis edərkən Maykl Dellin 19 yaşı var idi.

• "Google" elektron şirkətinin qurucuları Laurens E. Peyc və Serqey M.
Brin bu təşəbbüslərinə başladıqları zaman 22 yaşındaydılar.

• Dünyanın ən zəngin insanı Bill Qeyts onu bu uğura götürən şirkətini qurarkən 19 yaşında idi.

Düşüncələri bulandıran bir başqa vahimə qabilliyyətlərinizə
baxışınızdan doğar. Digərlərində gördüyünüz üstün xüsusiyyətlər
ideallarınızı iflic vəziyyətə salar və inamsızlıq bütün gücüylə
mənliyinizə hökm etməyə başlayar. "O, məndən daha qabiliyyətlidir",
"Ondakı qabiliyyətlər məndə olsaydı,...", "Heyf ki, bu işlər mənlik
deyil", "Çox istərdim, amma...", "Real fikirləşmək lazımdır, mən bu
işlərin adamı deyiləm". Varlığınızı davam etdirsəniz belə, düşüncə
platformasında tükənmiş vəziyyətdəsiniz. Özünüzü bacardığınız qədər
kiçik görməyiniz buna dəlalət edir. Halbuki dünyada normal insanların
belə sahib olduqlarından daha azına sahib olaraq müvəffəqiyyətə imza
atan minlərlə insan yaşamışdır.

• İngilis şairi Con Milton "İtirilmiş cənnət" adlı abidəvi əsəri yazarkən tamam kor idi.

• Franklin D. Ruzvelt gəncliyində uşaq paraliçi olduğundan gəzə
bilmirdi. O, bunu əngəl bilməmiş və əzmi sayəsində dörd dəfə ABŞ
prezidenti seçilmişdi. 

• Bethoven 9-cu simfoniyasını bəstələyərkən tamam kar idi.

• Motsart ən böyük operalarını bəstələyərkən borc və xəstəlik içində idi.

• Böyük alman dramaturqu Şiller ən böyük tragediyalarını dözülməz ağrılar içində yazmışdı.

Ya siz?.. Qəbul edin, müvəffəq olmaq üçün daha şansınız. Bu digər
şəkildə sizə özünüzü kiçik göstərən bütün fikirlər sadəcə yanlış
tərəhhümdən ibarətdir. Riçard Bernediki "Bir insanın özünə edəcəyi ən
böyük pislik özünü kiçik görməsidir", - deyir. Nə qədər böyük
yaradıldığımızın fərqində belə deyilik. Yaradıcımız Kitabında biz insan
ən gözəl biçimdə yaratdıq", - buyurur. [53:4] Ən gözəl biçimdə yaradılan
insan özünü necə kiçik görə bilər ki?!.. Ölkə başçısı sizi şəxsən
tanısa, özünüzü önəmli biri zənn edərsiniz. Kainatı Yaradan sizi
tanımaqla kifayətlənmir, razı olduğu hər gözəl əməlinizdən mələklərinə
tərifləyərək bəhs açır. Elə isə, siz böyük deyilsinizmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!