İnternet vasitəsilə mənimsənilə biləcək 17 qeyri-adi peşə

İnternet vasitəsilə mənimsənilə biləcək 17 qeyri-adi peşə
İş Qadını - Hüquqlar
10.09.2017 9
Çox
insan peşə seçimində tərəddüd edir və ya seçdiyi peşənin ona uyğun
olmadığını düşünür. Hər şeyi yenidən başlamaq üçün heç vaxt gec deyil.
Arzu etmədiyiniz bir sahədə təhsil almağınız sizə heç bir səmərə
qazandırmayacaq. İnternet vasitəsilə bütün, hətta çox nadir rast gəlinən
ixtisasları tapa və bu sahələr haqqında məlumat əldə edə bilərsiniz. Bu
həmin ixtisasın sizə uyğun olub-olmadığını başa düşmək üçün çox böyük
kömək olacaqdır. Hətta hər hansı bir sahədən başqa sferaya keçmək imkanı
da əldə edəcəksiniz. Aşağıda sizin üçün, bəlkə də, heç eşitmədiyiniz 17
qeyri-adi ixtisası təqdim edirik:



1. Kosmobioloq


işlə məşğul olur: Kosmonavtların, heyvanların, bitkilərin, ümumən
canlıların kosmik stansiyalar və başqa planetlərdə həyatlarını necə
davam etdirə biləcəkləri ilə bağlı həll yolu tapır. "İnsan boşluqda
kökələ bilər?” və ya "Vakumda cəfərini necə yetişdirmək olar?” kimi
suallarla əlləşib-vuruşur. Kosmobiologiyanın digər bir sahəsi:
ksenobiologiyadır. Bu sahə başqa planetlərdə həyatın olub-olmadığına
cavab axtarır. Onlayn kurslara müraciət biologiya ixtisası üzrə təhsil
alan şəxslərə məsləhət görülür.



2. Kinokritik


işlə məşğul olur: Kinonu hədsiz dərəcədə sevir və kino sahəsi üzrə
məlumatsız olan insanlara kömək göstərir. Zvyaqintsevi tərifləyib,
Mixalkovu tənqid edir, və ya tərsinə. Nolanın "İnterstellar” filmində nə
demək istədiyini və Marseplas Uoplesin çantasında nə olduğunu tam
olaraq bilir.



3. Zoopsixoloq


işlə məşğul olur: Bizim balaca dostlarımızın nə düşündüyünü və hiss
etdiyini bilir. Vəhşi heyvanların əhliləşdirilməsi zamanı yaxşı nəticə
əldə etməyə və onlarla dostlaşmağa kömək edir. Bir iti aqresivlikdən
azad edə bilir. İnsanlara uyğun olan növləri ayırd etməkdə
mütəxəssisdir.



4. Paleontoloq


işlə məşğul olur: Uşaqlıq arzusunu gerçəkləşdirir, axı uşaq olarkən,
demək olar ki, hər üç oğlandan biri paleontoloq olmaq istəyir.
Bəşəriyyətin mövcudluğundan milyon illər əvvəl var olan və bizim
planetdə yaşamış nəhəng dinozavrlar dövründən günümüzə qədər gəlib çatan
qalıqları tədqiq edir. Kurslar bu sahədə özünü inkişaf etdirmək və bu
sahənin sizə nə dərəcədə maraqlı olduğunu başa düşmək üçün çox
effektivdir. İlkin təhsilin hansı sahədə olmasının heç bir önəmi yoxdur.



5. Kavist

Elit
şərablar üzrə mütəxəssis. Somelyerdən fərqli olaraq, təkcə hansı şərab
növünün hansı qidaya uyğun gəldiyi deyil, eyni zamanda şərabların hansı
şəraitdə saxlanmalı olduğunu da bilir. Onlayn kurslar başlanğıc üçün
uyğundur. Lakin, dequstasiya və şərab seçimi prosesini canlı
öyrənməlisiniz.



6. Filosof


işlə məşğul olur: Belə bir ifadə var: "Əsl filosof hər şeyi mühakimə
etməkdən başqa heç nə bacarmır”. Bəli, bacarmır. Lakin, bütün
bəşəriyyətə xeyirli bir iş görür. Məşğul olanlar üçün çox vacib suallara
cavab tapır: "Mən kiməm?”, "Dünya nədir?”, "Həyatın mənası nədədir?”.
Bəzən vacib olmayan suallara da toxunur: "Niyə bazar səhərləri tez-tez
baş ağrayır?”, "Əgər mən şampunamsa, nə etmək olar?”. Onlayn kurslardan
sonra diplomlu filosof olmaq çətindir. Lakin özünü inkişaf və bu sənətin
sizə uyğun olub-olmadığını başa düşmək üçün bu əvəzsizdir.



7. Kartoqraf

Xəritə
və qlobuslar hazırlayır. Hər şey artıq çoxdan tərtib olunub? Əlbəttə
ki, yox. İqlim, ekoloji və tarixi xəritələrə ehtiyac hələ də var. Yeni
dövlətlər yaranır. Məs: Eritreya və ya Şərqi Timor haqqında eşitmisiniz?
Ulduzlu səmanın xəritəsi də lazımdır, daha sonra isə digər planetlər.
Bu bir sıra bilik və bacarıqlar tələb edən və kursla kifayətlənməyəcək
dərəcədə çətin olan bir peşədir. Kurslar sadəcə ixtisasınızı
təkmilləşdirmək və ya özünüzü bu sahədə sınamaq üçün yararlıdır.



8. Multiplikator


işlə məşğul olur: Uşaqların şüuruna ağıllı olmaq, mehribanlıq,
əbədiyyət toxumları səpmək və ya böyüklər üçün cizgi filmlərindəki qara
yumoru inkişaf etdirməklə vəzifəlidirlər. Yeni "Kirpi dumanda” və ya
"Cənub parkı” cizgi filmləri buna misal ola bilər.



9. Kriptoqraf

Vacib
məlumatları başqaları tərəfindən əldə olunmaması üçün riyazi və
kompüter metodları vasitəsilə şifrələyir. Kurslar daha çox riyaziyyat və
ya proqramlaşdırma ixtisasları üzrə təhsili olanlara uyğundur.



10. Şərqşünas, eqzotik Asiya ölkələri üzrə mütəxəssis: Vyetnam, Kamboca, Laos, Tayland

Nə işlə məşğul olur: Asiya ölkələrinin dilləri, tarixi və mədəniyyəti ilə bağlı hər şeyi bilir.



11. Artıq çəkidən azad olmaq üzrə məsləhətçi


işlə məşğul olur: Ət və makaronun birgə tabu olduğunu, brokolinin 34
lazımsız kilokalori və çoxlu faydalı maddələrlə zəngin olduğunu əzbər
bilir. Aclıqdan əziyyət çəkmədən artıq kilolardan azad olmağa və sağlam,
düzgün qida rejimi seçməyə kömək edir.



12. Hipnozçu


işlə məşğul olur: Tamaşaçılar üçün çıxış edir. Bundan əlavə, hipnoz
psixoterapiyanın ən yaxşı istiqamətidir. Onun vasitəsilə psixoz və
zərərli vərdişlərdən xilas olmaq olar.





13. Kalliqraf


işlə məşğul olur: Əgər Vikipediyaya inansaq, "işarələri bacarıqlı,
ahəngdar və ifadəli şəkildə əks etdirmək” sənətidir. Sadə dillə desək,
əl ilə gözəl yazı sənətidir. Yaponiya və Çində kalliqrafiya ən vacib
incəsənət sahələrindən biridir, rəsmin incə növüdür.



14. Fashion-illustrator


işlə məşğul olur: Jurnal və kitablarda zövqlü geyimi olan ucaboy
gözəlləri əks etdirir. Keçən əsrin əvvəllərində yüzlərlə moda jurnalının
üz qabığını akvarel boya ilə çəkilmiş rəsmlər bəzəyirdi. Zaman keçdikcə
bu ənənə öz yerini fotoşəkilə verdi. Lakin, feşn-illüstrasiya öz
əhəmiyyətini itirmədi. Bunu hətta Salvador Dali də nəzərdən
qaçırmamışdır, "Vogue” və "Harper`s Bazaar” jurnallarında başında çələng
olan gözəllər çəkmişdir. Yaxşı əl qabiliyyətinə malik olanlara məsləhət
görülür.



15. Reluker


işlə məşğul olur:  İnsanın keçmiş imicini nəzərdən keçirib, onun
hədəflərinə uyğun olaraq yeni imic yaratmaqda kömək olur. Məs: prezident
olmaq, milyonçu olmaq, "Mançester Yunayted” oyunçusu ilə ailə həyatı
qurmaq. Gənc, hörmətli, stil sahibi olmağın yollarını və bu yollardan
istifadəni çox yaxşı bilir.



16. Komiks yaradıcısı


işlə məşğul olur:  Oxumağı sevməyənlər üçün əhvalatları şəkillərdə
vizual olaraq əks etdirir. İlk komikslər XVI əsrdə İspaniyada meydana
gəlmişdir. Hal-hazırda isə bu məşhur incəsənət sahələrindən biridir və
onun çoxlu janrları var. Bu janrlara manqadan ədəbiyyat klassiklərinin
adaptasiyası, siyasi satiraya qədər geniş məfhumları aid edə bilərik.



17. Pilotsuz təyyarə mühəndisliyi


işlə məşğul olur:  Uzaqdan idarə olunan fərdi pilotsuz təyyarələrin
hazırlanması. Bu cihazlar bəşəriyyət üçün təhlükə yaradan hər bir sahədə
istifadə olunur. Məs: Somalidə dəniz quldurları ilə mübarizədə və ya
yüksəklikdən əsrarəngiz şəkillərin çəkilməsində. Onların köməyi ilə meşə
yanğınlarını söndürülür, ölkələrin sərhədləri qorunur, idman
oyunlarında birbaşa çəkiliş göstərilir (Soçidə keçirilən olimpiadada
olduğu kimi). Hətta məşhur "Amazon” şirkəti bu qurğulardan sifarişlərin
çatdırılması üçün də istifadəni planlaşdırır. Onlayn kurslar texniki
sahədə təhsili olan insanlar üçün çox faydalı olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!