Ən çox və ən az stressli peşələr hansılardır?

Ən çox və ən az stressli peşələr hansılardır?
İş Qadını - Hüquqlar
10.09.2017 16
Hər bir peşənin müsbət və mənfi cəhətləri var. Ümumi olaraq bu mənfi cəhətlərə az miqdarlı əmək haqqını və iş yerində yaranan stressi əlavə etmək olar.

“Career Cast” yaradıcılarından biri olan Toni Li bu yaxınlarda maraqlı bir araşdırma aparmışdır və bu araşdırma sayəsində ən çox stressli və ən az stressli peşələrin siyahısını tərtib etmişdir.

Belə bir siyahının tərtib edilməsi üçün demək olar ki, 2 min nəfər sorğuda iştirak etmişdir. Toni Li demişdir: “Əlbəttə, iş yerində stress müxtəlif səbəblərdən yarana bilər və bu bir çox hallarda iş mühitindən asılıdır”.

Beləliklə:
Ən az stressli peşələrin siyahısı:

Dərzilər;
Ali təhsil müəssisələrinin müəllimləri;
Zərgərlər;
Tibbi laborantlar;
Audioloqlar;
Dietoloqlar;
Saç ustaları-stilistlər;
Kitabxanaçılar.
Ən çox stressli peşələrin siyahısı:

Hərbi xidmət;
Kommersiya aviaşirkətlərinin pilotları;
Şirkət rəhbərləri;
Jurnalistlər;
Taksi sürücüləri.
O həmçinin bildirmişdir: “Mənim tərəfimdən yaradılan siyahı nümunəvi xarakter daşıyır. Yəni reytinq hər hansı peşənin pis və yaxud yaxşı olduğunu təyin etmək niyyətini daşımır. İnsanların hansı peşələr ilə məşğul olduqda daha çox stress keçirdiyini anlamaq qərarına gəldim. Son nəticədə belə məlum olur ki, bəzi peşələrdə stress səviyyəsi digərlərində olduğundan əhəmiyyətli dərəcədə çoxdur ki, bu da sağlamlıq üçün böyük risk daşıyır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!