Uğurlu insanların bədən dili sirləri

Uğurlu insanların bədən dili sirləri
İş Qadını - Hüquqlar
10.09.2017 40
Son zamanlar istər biznes, istər menecment, istərsə də gündəlik danışıqlarda bədən dilindən istifadə olunması barədə çox danışlıb və çoxlu sayda nümunələr gətirilib. Lakin Talent Smart şirkətinin apardığı araşdırmaya görə, sorğuda iştirak edən milyondan çox insan öz bədən dili üçün yalnız ən məhsuldar üsullardan istifadə edir.

Bəs, uğurlu insanların istifadə etdiyi ən məhsuldar bədən dili üsulları hansılardır və nə etmək lazımdır?

Onlar daim bədənlərini düz saxlayır:
İstər ayaq üstə dayanarkən, istər əyləşərkən çiyinləri azacıq arxaya doğru edib bədəninizi düz saxlamaqla biz hakimiyyət görünüşü yaradırır. Bunun əksinə belinizi əyməklə əminsizlik və tabeçilik xarakterinizi biruzə vermiş olursunuz.

Onlar jestlərdən çox istifadə etmir:
Həddindən artıq çox jestlərdən istifadə etmək ya həqiqəti bir an öncə ortaya çıxarmaq istədiyinizi və yaxud da nə isə bir şey gizlətdiyinizi xəbər verə bilər. Özünə əmin insanlar jestlərdən daha az istifadə edirlər. İstifadə etdikləri jestlər isə açıq jestlərdir ki, bu da sahibinin heç bir şey gizlətmədiyinə işarədir.

Öz səs tonundan aşağı səs tonu ilə danışır:
İş yerinizdə səs tonunuz sizi ətrafdakıların necə qəbul etdiyini nümayiş etdirən amil rolunu oynaya bilər. Səs tonları daim yüksək olanlar aşağı səs tonundan istifadə edən əməkdaşlardan fərqli olaraq daha zəif, əsəbi təsir bağışlayır.

Onlar müsahiblərinə qarşı diqqətcildirlər:
Kiminlə danışdığınızdan asılı olmayaraq saata baxmaq açıq-aydın hörmətsizlik, səbirsizlik və ondan daha vacib işlərinizin olduğunu biruzə verən əlamətlərdir. Danışarkən bədəninizi müsahibdən kənara çevirmək də buraya daxildir. Əgər qarşınızdakı insanla söhbətinizin sizə maraqlı olduğunu və ona hörmət etdiyinizi bildirmək istəyirsinizsə qarşısında düz şəkildə dayanın.

Onların hərəkətləri fəaliyyətləri ilə uyğun gəlir:
Sözləriniz, üz ifadəniz və hərəkətləriniz arasındakı uyğunluq qarşınızdakı insana nə qədər səmimi olduğunuzu izah edəcək. Əsəbi olduqda və yaxud narahatlıq keçirdikdə qeyri-verbal hərəkətlər vasitəsilə özümüzü sakitləşdiririk: əllərimizi bir-birinə sürtürük, geyimimizin hər hansı bir çıxıntısı və yaxud aksessuar, bəzən isə saçımız ilə oynayırıq. Bu hərəkətləri etdikdə isə fikirlərimizi həqiqət yükündən məhrum edirik.

Göz təmasını qoruyurlar:
Yayındırılmayan göz kontaktı əminlikdən, liderlikdən, gücdən və intellektdən xəbər verir. Əgər vacib bir şey haqqında danışırsınızsa baxışlarınızı eyni səviyyədə saxlamaq lazımdır. Məsələn, baxışlarınızı aşağı saldıqda əminsizlikdən və yaxud utancaqlıqdan xəbər verirsiniz. Belə olduqda isə sözləriniz öz gücünü itirmiş olur.

Çox təbəssüm edirlər:
Təbəssüm sizin səmimi, etibarlı, dostcanlı və özünüzə əmin biri olduğunuza işarədir. İnsan beyni təbəssümə müsbət şəkildə reaksiya verir. Bundan əlavə, təbəssüm edən insanları daha yaxşı yadda saxlayır.

Məsafəni qoruyur:
Əgər müsahibinizə həddindən artıq yaxın dayanırsınızsa (40 sm.dən yaxın) onu heç də xoş olmayan vəziyyətə salırsınız. Bu qaydanı pozmaq olmaz, xüsusən də ilk tanışlıq zamanı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!