Bunlar uğurlarınıza mane olur

Bunlar uğurlarınıza mane olur
İş Qadını - Hüquqlar
10.09.2017 26
Uğur qazanmaq və hədəfə çatmaq üçün dərhal hərəkətə keçməmənizin əsas səbəblərindən biri şüuraltı imamsızlıqdır. Hər şeydən əvvəl məqsədinizə nail olacağınıza inanmalısınız. Əgər özünüzə inanmasanız hədəfə doğru addım atacaq motivasiya və güc tapa bilməyəcəksiniz. Nail olmaq, həyatda ən yaxşı yerə qalxmaq deyil, nail olmaq özünü, istəklərini gerçəkləşdirməkdir. Özünü gerçəkləşdirmək, insanın sahib olduğu gücün fərqinə varmaq və onunla uyğun şərtlərdə, uyğun zamanda edə biləcəyinin ən yaxşısını etməkdir. Buna görə, hədəfinizi gözünüzdə böyütmədən, etdiyiniz işin fərqində olmaq və bacaracağınıza inanmaq, getdiyiniz yolda ən uğurlu ilk addımdır.

Real olmayan istək, uğur əldə etmək üçün çıxdığınız yolda hər şeyin qüsursuz, səhvsiz və mükəmməl şəkildə olmasını gözləməkdir. Hədəfə çatma mərhələsində önünüzə bir çox fürsət çıxacaq. Bu yollardan heç biri, ən qısası və ən asanı olmaya bilər. Önünüzə bir çox əngəllər və problemlər çıxa bilər. Önəmli olan bu çətinliklərin və problemlərin sizi yolunuzdan ləngitməsinə izin vermədən hədəfə doğru davam etməkdir.

Çoxları uğursuzluqdan qorxur. Bunun səbəbi isə uğursuzluğu şəxsi qəbul etmək, özəlləşdirməkdir. Bu şəxslərə görə, hər hansı bir məsələdə uğursuzluğa düçar olmaq, onların bacarıqsız, uğursuz biri olduğunu göstərir. Halbuki bu çox böyük yanlışdır. Unutmayın, heç bir uğursuzluq sizin qazana biləcəyiniz uğurlardan güclü deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!