İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin
İş Qadını - Hüquqlar
10.09.2017 16
Bir qadın eyni zamanda həm karier sahibi?həm özünə inamlı, həm də ofisdə qəşəng ola bilməzmi? Kiçik toxunuşlarla və kiçik zövqlərlə bu mümkündür. Standartlaşmış qəliblərin xaricinə çıxan günümüz qadınlarının və həyatımıza rənglərin yenidən girməsiylə birlikdə qadınlar artıq ofisdə darıxdırıcı və tekdüze görünmək məcburiyyətində deyildirlər. Eyni zamanda stil sahibi və ciddi görünmənin də yolları var. Rənglərin həyatımıza yenidən girməsiylə gözlərimizdə bu dəyişikliyə alışdığı üçün qara bir pencək altına geyilən fərqli rəngdə şalvarları yadırğamırıq, ya da tamamilə qara kostyumumuza uydurduğumuz qırmızı stilettolar gözümüzə batmır.

Business adı altında mağazalarda və vitrinlərdə görməyə başladığımız belə demək olarsa ciddi paltarlar gündəlik həyatda da qadınların üzərində yerlərini alarr. Kombin etməkdən qorxanlar üçün isə internetdə bir çox təklifə rahatlıqla çata bilərsiniz. Modellərin və variantların çoxluğu isə tamamilə artan tələbin məhsuludur. Qadınların bu mövzuda kafi model tapa bilməsinin çətinliyiylə artan tələb qarşılığı, firmalar istehsallarını bu sahədə artırmaqdadırlar. Bu günə qədər bizlər həmişə iş həyatında qeyri-kafi qaynaqlarımızla rahat və eyni anda qəşəng görünməyə çalışdıq. Əgər paltar geymək istəyirsinizsə də dekoltesi mütənasib ətək boyu çox qısa olmayan modelləri könül rahatlığıyla seçim edə bilərsiniz. Artıq bu sahədə də modellər olduqca çox. Sənəd çantanızı seçərkən belə stilinizi ortaya qoya bilərsiniz. Artıq iş yerində babetlerle belə qəşəng görünmənin yolları var. Variantlar o qədər bollaşdı ki başınız qarışmasın siz yenə xəttinizdən çaşmadan sizə yaraşan seçimlər edin. Aksesuar istifadə edin ancaq gözü yoran aksesuarlardan uzaq daha sadə, daha qəşəng aksesuarları tərzinizi əks etdirən saatları seçin. Artıq qadınlar kiçik toxunuşlarla və çox vaxt ayırmağa ehtiyac hiss etmədən həm qəşəng həm də müvəffəqiyyətli ola bilirlər. Hər şeydən əvvəl özünə dəyər verən qadınlar özləri üzərində əmək xərcləyir. Xarici görünüşlərinə əhəmiyyət verirlər. Qadınlar artıq xarici görünüşün hər şey demək olmadığının amma bir şey demək olduğunun şüurundalar.

İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin

İş xanımları hər zaman gərək zövqlə geyinsin
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!