Kişilərə ala biləcəyiniz 11 ən ideal hədiyyə

Kişilərə ala biləcəyiniz 11 ən ideal hədiyyə
Kişi dünyası
10.09.2017 41
Kişilərə ala biləcəyiniz 11 ən ideal hədiyyə
Köynək: Kişilərin ən çox köhnəltdikləri və ən çox geydikləri geyim köynəkdir yəqin. Bu səbəbdən köynək hədiyyə siyahımızda birinci yerindədir.
Qalstuk: Gözəl bir qutuda, qəşəng bir qalstuk çox xoş bir hədiyyə ola bilər. Amma mövsümün rənglərini və dəbi izləməyi unutmayın.
Ətir: Kişilərə ən çox alınan hədiyyələrə ətir rəhbərlik edir. Bu vəziyyətdə diqqət yetirməli olduğunuz məsələ hədiyyə alacağınız adamın hansı qoxunu sevməsidir. Ağır qoxularmı sevir, yoxsa yüngülmü? Bunu öyrəndikdən sonra parfümeriya dükanına gedə bilərsiniz.
Nəmləndirici: Kişilər hər nə qədər kremlərdən uzaq olsalar da, onların da üz dərisinin nəmə ehtiyacı var. Hədiyyə alacağınız adamın dəri tipinə görə bir nəmləndirici seçib bağışlasanız, o bundan mütləq istifadə edəcək.
İdman ayaqqabısı: Büdcəniz uyğundursa, idman ayaqqabısı kişilərin hər vaxt üçün seçimləri arasındadır. Amma burda da hədiyyə edəcəyiniz adamın zövqünü mütləq nəzərə alın.
Sənəd çantası: Əgər hədiyyə alacağınız adam bir iş adamıdırsa, sənəd çantası mükəmməl bir hədiyyə ola bilər. Çantanın üzərinə o adamın adını da yazdıraraq jest edə bilərsiniz.
Saat: Çox xüsusi bir hədiyyədir. Amma bir məsələ var ki, saat alırsınızsa, bahalı və keyfiyyətli olmalıdır. Bunun üçün də büdcənizi yaxşı planlamanızı təklif edirik.
Aksesuar: Əgər hədiyyə alacağınız adam dekorasiyaya maraq göstərirsə, ofisinə və ya evinə gözəl aksesuarlıq əşyalar ala bilərsiniz.
Alışqan: Siqaret çəkirsə, hər vaxt yanında daşıyacağı qəşəng bir hədiyyədir.
Qol düyməsi: Əla və klasik hədiyyədir. Xüsusilə qaşlı modellər bu il dəbdədir.
Oyuncaq avtomobil: Avtomobilə düşkün olan kişilər ümumiyyətlə, kolleksiya yığmağa da düşkün olurlar. Onlara orijinal modellər ala bilərsiniz. Çox sevinəcəklərinə şübhəniz olmasın.
Redake etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!