Kişilərin soyu təhlükədədir

Kişilərin soyu təhlükədədir
Kişi dünyası
10.09.2017 14
Vyetnamda kişi körpə doğumlarının sürətlə artdığı, keçən il hər 100 qız körpəyə qarşılıq 112 kişi körpənin dünyaya gəldiyi bildirildi.
Ailə Planlama və Əhali Dairəsi Ümumi Müdiri Köməkçisi Duong Quoc Trong, bu nisbətsiz artımı, kişi körpələrin "soyu davam etdirdiyi" istiqamətindəki mədəni inanca bağladı.
Duong Quoc Trong, Dünya Əhali Günü əvvəlində jurnalistlərə etdiyi şərhdə, ayrıca kişilərin böyüyüncə ailəyə daha yaxşı baxa biləcəyi inancının da körpələrin cinsiyyəti üzündən abortları artırdığını ifadə etdi.
Bu tətbiqi dayandırmaq üçün Vyetnamda həkimlərin körpənin cinsiyyətini şərhi 2003-cü ildə qadağan edilmişdi, ancaq həkimlərin sıxlıqla bu qanunu heçə saydığı ifadə edilir.
Vyetnamlı səlahiyyətli, hökumətin abort qadağanının tətbiq olunması üçün daha möhkəm tədbirlər alacağını qeyd etdi.
Kişi körpə sayının onlarla ildir artdığı Vyetnamda son illərdə bu artımın sürət qazandığına diqqət çəkildi.
Ailə Planlama və Əhali Dairəsi spikeri Dang Bich Thuan da bu artım nisbətinin davam etməsi halında 2030da Vyetnamda 3 milyon kişinin evlənəcək qız tapa bilməyəcəyini söylədi.
Dang Bich Thuan, kişilərin fərqli ölkələrdən qadınlarla evlənmək məcburiyyətində qala biləcəyini, bunun da mədəni fərqliliklər üzündən ictimai problemlərə yol aça biləcəyini ifadə etdi.
Vyetnamda Sağlamlıq Nazirliyi də "necə oğlan sahibi olunar" məzmunlu kitabların basıldığı nəşr evlərinə bir müddət əvvəl basqın edərək 2600dən çox kitaba əl qoymuş, bu növdən məlumatların nümayiş olunduğu internet saytlarından söz mövzusu məqalələrin çıxarılmasını istəmişdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!