Kişilərin ən çox sevdiyi xitablar hansıdır?

Kişilərin ən çox sevdiyi xitablar hansıdır?
Kişi dünyası
10.09.2017 112
Sevgilinizə necə və hansı xitabla müraciət etdiyinizi bilmirik lakin aşağıdakı xitablar kişilərin ən çox sevdiyi xitablardandır.
1) Kişim - Kişilərin 90 faizi bu sözdən məst olur. Bu sözdən onlar heç vaxt imtina etməz.
2) Həyatım, ömrüm, dünyam - Bu kimi xitablar kişilərə güvən verir və sədaqət hiss etdirir.
3) Qəlbimin sahibi, həyatımın adamı - Bu cür xitablar kişilərə güc verir. Hər bir kişi sevdiyi insana sahib çıxır və bu cür xitablar da onlara sevdiyi insanı qoruduqlarını hiss etdirir.
4) İgidim - kişilərin xarakteri elədir ki, onlar güclü olduğunu hiss etmək istəyir və bunu sevdikləri qadından eşidəndə çox sevinirlər.
5) Birdənəm – hər bir kişi sevdiyi qadın tərəfindən tək və yeganə kişi olmaq istəyir. Bu səbəbdən birdənəm sözü onlara başqa cür təsir edir.
6) Səndən yoxdur! – bu xitablar qadınlar kimi kişilərin də çox sevdiyi müraciət formasıdır. Hər bir kişi qadını tərəfindən əvəzolunmaz olmasını arzulayır.
7) Gələcəyim – münasibətləriniz ciddidirsə, bu söz onu məst edib həyəcanlandıracaq.
8) Sərsərim – kişilərin bəzisi bu xitabı çox sevir, bəzisi isə heç bəyənmir. Bu sözü sevən bir sevgiliniz varsa, belə çağırdığınız zaman çox məmnun qalacaq.
9) Şahzadəm – bu da kişilər tərəfindən çox sevilən xitabdır.
10) Sevgilim, sevdiyim insan – qadınlar kimi kişilər də bu xitabı çox sevir və eşitdikdə qarşı tərəfin sevgilərini hiss edirlər.
Kişilərin sevdiyi bir çox xitab var. Lakin ilk onluqda bu sözlərdir.
Qeyd: kişilər "canım" sözünə nifrət edir və bu sözü çox səmimiyyətsiz şəkildə deyildiyini düşünürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!