Kişilər meymundan bir az gözəl olsa, kifayətdir!

Kişilər meymundan bir az gözəl olsa, kifayətdir!
Kişi dünyası
10.09.2017 42
Kişilər hər vəziyyətdə "gözəl qadın" axtararkən, qadınlar isə qüsurlarını "yaraşıqlı olmaq" üstünlüyünün arxasında gizləməyən kişiləri seçir.
Bir çox qadının, hətta cazibədar qadın, çirkin kişilərlə evlənir, hətta bundan məmnun olur. Atalar da əbəs yerə deməyib ki, "Kişilər meynundan bir az fərqlənməlidir!”  Televiziya seriallarını seyr edərkən və ya küçədə gəzərkən mütləq belə cütlükləri siz də görürsünüz.
Bunu açıqlayan bir çox nəzəriyyə var. Bunlardan ən əhəmiyyətlisi, yaraşıqlı və intimual kişilərin "gözə” xitab etməklə birlikdə, yaraşıqlı və uzun boylarını "digər əskiklərini kamuflyaj etmək üçün” istifadə etdikləri də gerçəkdir. Yəni yaraşıqlı bir kişi, qadınlara qarşı nəzakətli, mərd və anlayışlı olmaq mövzusunda çirkin kişilərdən daha geridədir.
Qadınlar da bunun dərhal fərqinə varır. Qaydanın istisnası da var. Orta məktəb çağlarında kişilər hələ qadınlar haqqında "incə nömrələr” öyrənməmiş dövrdəykən, yaraşıqlı olmağın üstünlüklərindən xəbərdar olmur. Həm nəzakətli, həm də yaraşıqlı bir kişi, orta məktəbdə yaşlı oğlanlar arasından çıxır amma yaşları irəlilədikcə onlar digərlərindən fərqlənməyə başlayır. Özlərinə etibar qazandıqca, qadınlara mədəniyyətsiz və  kobud davranmağı da öyrənirlər çünki yaraşıqlı olmağın üstünlüklərin  fərqinə varmış olurlar. Bir az ümumiləşdirmə olsa da, bu ifadə doğrudur və qadınlara da şamil etmək olar.
Amma bu nöqtədə qadınlarla kişiləri ayıran əhəmiyyətli nöqtəni vurğulamaq lazımdır: Birlikdə olacaqları adamı seçərkən kişilər "gözlərinə” güvənir, qadınlar  isə "hisslərinə” güvənməyi seçir. Nəticədə kişilər daha çox "gözəl qadın” axtarır, qadınlar isə qüsurlarını "yaraşıqlı olmaq” üstünlüyünün arxasında gizləməyən kişiləri seçir.
İnsanların yetkinləşməsi müəyyən zaman tələb edən bir müddətdir.  Qadın və kişinin gənclikdən yetkinliyə keçən müddətdə romantik və ictimai mənada yetkinləşmələri fərqli sürətdə baş verir.  Qadınlar da kişilər də "qarşı cinsdə nə axtardığını” 30 yaşında daha yaxşı dərk edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!