Onlar cinsi zəiflikdən utanır

Onlar cinsi zəiflikdən utanır
Kişi dünyası
10.09.2017 50
Kişilər cinsi zəiflikdən utanır!
Kişilər cinsi zəiflikdən əziyyət çəkən zaman həkimə getməyə utanır.  Araşdırmaya görə dünyada 152 milyon kişi cinsi orqanların disfunksiyasından yəni, cinsi zəiflikdən əziyyət çəkir.
40 yaşından yuxarı olan kişilərin 5 faizi, 65 yaşdan yuxarı olan kişilərin 15-20 faizi xroniki, 40-70 yaş arası kişilərin 50 faizi həyatlarının hansısa dövrlərində bu problemlə qarşılaşır.
Türkiyə mətbuatı xəbər verir ki, bu rəqəm orada daha təhlükəlidir. Çünki kişilərin çoxu həkimə getməkdən imtina edir. Türk kişisi olduğu üçün bunu kişiliyinə sığışdıra bilmir. Bu da kişilərin cinsi həyatlarını normal yaşaya bilmədiyi ilə birlikdə başqa problemlərin də yaranmasına səbəb olur. Cinsi zəiflik yaşayan kişilər böyük sarsıntı keçirir və psixologiyasında ciddi problemlər yaranmağa başlayır. Ailə məsələləri, toplumda özünü yalnız hiss etməsi, bacarıqsızlıq hissi və.s kimi sıxıntılar yaşayır. Hətta bu sıxıntılardan dolayı ailədə boşanma məsələsi kimi söhbətlər yaranmağa başlayır və nəticədə ailə dağılır.
Bunun çarəsi yoxdur?
Bir kişinin cinsi həyatında problemlər yaşamasının normal bir hal olduğunu bəlli edən Opr.Dr.Merhmet Kırdar, bu tip problemlərlə qarşılaşdığı zaman həkimə müraciət etməli olduğunun vacibliyi qeyd edib.
Opr. Dr. Merhmet Kırdar, bir çox kişinin bu problemi sadəcə özünün yaşadığını, buna görə də utanma duyğusuna səbəb olduğunu deyib. Bu problem vaxtında həll edilərsə,yəni həkimə müraciət olunarsa, aradan qaldırmaq mümkündür. Digər xəstəliklərdən fərqlənmir, hər bir xəstəliyi vaxtında müaıicə etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!