Kişilərin sevdiyimiz 20 xüsusiyyəti

Kişilərin sevdiyimiz 20 xüsusiyyəti
Kişi dünyası
10.09.2017 51
Kişiləri tərifləmək qorxusunu içimizdə daşısaq da dürüst davranıb kişilərin sevdiyimiz tərəflərini açıqlamaqdan çəkinmirik.Əsəbləşdiyimiz çox tərəfləri olsa da indi bir az tərif zamanıdır!
 Kişilərdə ən çox nələri, niyə sevirik? İndi oxuyacaqlarınız bizim öz təcrübə və müşahidələrimizə söykənən təsbitlərdir. Sizin təsbitlərinizi də dörd gözlə gözləyirik. Bizə yazmaqdan çəkinməyin!
Bu təsbitlər bir az da kişilərin sahib olmasını istədiyimiz xüsusiyyətlərdr… Sahib olmayanlara eşitdirirəm bu sözümü!
1. Bir kişinin "Ehtiyacın olduğunda buradayam" deyər kimi əlini yoldaşının kürəyinə qoymasını sevirik.
2. Qadın ağlarkən kişinin onun gözyaşlarını silməsini ya da oxşayaraq saçlarını üzündən çəkməsini, qulaqlarının arxasına salmasını sevirik.
3. Yoldaşı da bir şeyə kədərlənib ağlayarkən kişinin onu təsəlli etmək üçün zarafat qabiliyyətini hərəkətə keçirməsini və kədərlənən yoldaşının üzünə bir təbəssüm qondurmasını sevirik.
4. Evdən işə gəldiyində eynilə yoldaşı kimi uzun saatlarını çöldə keçirmiş olmasına baxmayaraq kişinin ev işlərini paylaşmaqdan çəkinməməsini sevirik.
5. Küçədə yeriyərkən, avtomobil istifadə edərkən, liftə minərkən nəzakətlicə yol verən kişiləri sevirik.
6. Bir qadını sevdiyində onun üçün dünyanın o biri ucuna getməyi gözə ala bilən kişiləri sevirik
7. Uzun və yorucu bir iş gününün ardından özü də eyni nisbətdə yorucu bir gün keçirmiş olsa da kişinin öz qadınının ayaqlarını masaj edərək yorğunluğunu keçirməyə çalışmasını sevirik.
8. İstər ev xaricindəki həyatda istərsə də də evdə yaşanan pis hadisələrdən sonra birlikdə girilən yataqda kişinin yoldaşını sevgiylə qucaqlayıb sarilmasını sevirik.
9. Kişinin uşaqlarıyla maraqlanmasını, onların gözlərinin içinə baxıb itməsini sevirik.
10. Kişinin əzələli bədənini və gücünü qadınlara nezakət olaraq ağır qaldırmada və kömək etmədə istifadə etməsini sevirik.
11. Kişinin, bir qadını xoşbəxt edəcək və etməyəcək şeyləri bilməsini və bunları həyatında tətbiqini sevirik.
13. Kişinin təmiz və baxımlı görünməsini, təmiz bədəninə sıxılmış ətiriylə (tərin üzərində sıxılmış ətirin iyrənc iy verdiyinidə vurğulayaq) ətrafa müsbət təsir buraxmasını sevirik.
14. Kişinin, yoldaşına, onun kimi bir qadınla birlikdə olduğu üçün özünü nə qədər şanslı hiss etdiyini söyləməsini sevirik.
15. Kişinin yemək bişirə bilənini, üstəlik barmaqlarımızı yalayacaq ölçüdə ləzzətli yeməklərdən ibarət olan ziyafət süfrələri hazırlaya bilənini sevirik.
16. Kişinin intimdə öz zövqündən əvvəl sevdiyi qadınının alacağı zövqü əhəmiyyət verməsini, onu təmin etmək üçün əlindən gələni etməsini sevirik.
17. Həyata dair söyləyəcək sözü olan və hadisələrə öz dünyagörüşündən ağıllıca şərhlər gətirə bilən amma intellektuallığını yoldaşını üstələməkdə istifadə etməyən ağıllı kişiləri sevirik.
18. Kişinin, yoldaşıyla keçirəcəyi zamanı başqalarıyla keçirəcəyi zamandan daha qiymətli görməsini sevirik.
19. Kişinin, yalnız sağlamlıqda deyil, xəstəlikdə də yoldaşının yanında dayanıb dəstək olanını sevirik.
20. Kişinin, yoldaşının ən yaxşı sirdaşı, dostu ola bilənini sevirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!