Kişilərin Əsl Düşməni Texnologiya İmiş.

Kişilərin Əsl Düşməni Texnologiya İmiş.
Kişi dünyası
10.09.2017 16
Texnologiya bir tərəfdən həyatımızı asanlaşdırsa da, digər tərəfdən cinsi həyatımıza və sağlamlığımıza təsir göstərir. Təbii olaraq sual yaranır: texnologiya bizə necə təsir göstərir? Niyə məhz kişilər üçün daha zərərlidir? Bu suallara birgə cavab tapacağıq.



Tibb intimual həyatın ömrünü uzadıb

Beynəlxalq araşdırmalar göstərir ki, artıq hər 100 kişidən 66-da cinsi pozğunluğa rast gəlinir. Bu pozulmalar – cinsi istəksizlik, tez boşalma, boşalmama, gec sərtləşmə şəklində təzahür edir.

Tibb və farmakologiya dünyasındakı yeniliklər sayəsində artıq intimual problemlərin həllində, habelə qısırlıqda müsbət nəticələr əldə edilib. Cütlüklər uşaq sahibi olur, diabet, prostat xəstəlikləri, ürək çatışmazlığı, yüksək xolesterol, damar tıxanması kimi kişilərdə cinsi funksiyaların pozulmasına səbəb olan xəstəliklərin müalicəsi mümkünləşib. Ancaq heyif ki, texnologiyadakı irəliləyişlərin təkcə müsbət deyil, mənfi tərəfləri də var.



Kişilərin düşməni – müasir həyat

Fiziki və zehni yorğunluq, yuxusuzluq, iqtisadi qayğılar və stress kimi faktorlar modern həyatın ayrılmaz hissəsidir. Xüsusilə stress faktoru həyatımıza daxil olandan depressiya, depressiya da artdıqca antidepressantların istifadəsi yüksəlir. Uzun müddət antidepressant istifadəsi isə kişilərdə cinsi funksiyaların pozulmasına səbəb olur. Siqaret və içki faktorunu da nəzərə alsaq, kişilərin necə ağır problemlərlə üzləşəcəyini təxmin etmək çətin olmaz. Modernləşmə bununla bitmir. İşlə əlaqədar bir çox kişilər bütün gününü kompüter qarşısında oturaq vəziyyətdə keçirir. Hətta istirahət günlərində də vaxtlarını idmana, yaxud gəzintiyə sərf etmək əvəzinə, televizora baxaraq, yaxud kompüter qarşısında keçirənlər də az deyil. Hərəkətsiz həyat - əzələ kütləsinin azalması, yağ təbəqəsinin artması və periferik orqanlarda qan axınının yavaşlamağına səbəb olur.



Yediyinizin fərqinə varın

Kişilərdə cinsi funksiyaların pozulmasının səbəblərindən biri də qida rasionunun dəyişməsidir. Fast food tərzi yeməklər, geni dəyişdirilmiş və hormonlu qidaların istifadəsi cinsi funksionallığın pozulmasına yol açan ürək-damar, yüksək təzyiq, xolesterol və diabet kimi xəstəliklərə yaşıl işıq yandırır. Bundan başqa, geni dəyişdirilmiş və hormonlu qidalar "kişiliyi” xüsusilə təhlükə altına atır.  Testosteron hormonunun azalması, prolaktik hormonunun yüksəlməsi, troit hormonlarındakı azalma və ya yüksəlmələr, qadınlıq hormonu sayılan estrogenin səviyyəsinin kişilərdə artması əlbəttə ki onları cinsi istəksizlik, ereksiya azlığı kimi problemlərlə üz-üzə qoyur.



Əsrin təhlükəsi: Radiasiya

Fabriklərdən çıxan tonlarla zərərli qaz və toz buxarları atmosferə, nəfəs aldığımız havaya, meyvə-tərəvəzin yetişdiyi torpağa, içdiyimiz, yaxud istifadə etdiyimiz suya qarışır. Nüvə stansiyaları, nüvə araşdırmaları, radioizotoplar səbəbi ilə nəzarət olunmayan radiasiya təbiətə yayılır. Evimizdəki kompüter, fen, mikrodalğalı soba, televizor kimi alətlərin yaydığı elektormaqnit dalğaların insan sağlamlığına təsirləri hələ də araşdırma mövzusudur. Təkcə onu bilmək kifayətdir ki, radiasiyaya ən həssas orqanlar isə kişilərdə testislər, qadınlarda isə yumurtalıqlardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!