Jelelilər.

Jelelilər.
Kişi dünyası
10.09.2017 16
Dərslər başladı. Çoxları üçün yeni avaraçılıq mövsümünə start verildi. İndi saçlarına jele vurmuş, qara dar köynəklər, ucu miz ayaqqabılar geyinmiş oğlanlar, evdə qalmaq fobiyası ilə yaşayan qızlar mövsümün açılışına çox sevinirlər.

Qaqaşlar bir qırx vərəqli dəftəri qarınlarına soxub hər gün tezdən metroya, avtobusa təpiləcək, şit-şit zarafatlar edib universitetlərə doluşacaqlar.

Rayonlardan, kəndlərdən Bakıya birinci dəfə gələn uşaqlar həyəcan içindədilər. Şəhərin bahalı maşınları, hündür binaları, gözəl qızları onları qorxuya salıb bir az. Ancaq bir neçə ayın içində onlar da bu mühitin içinə qarışıb gedəcəklər. Onlarda da saflıq qalmayacaq. Onlar da dəftərlərini qarınlarına soxacaqlar, çayxanaları dolduracaqlar, qızlara söz atacaqlar, mühazirələrdə yatacaqlar.

Dərslər başladı. İki ay bundan öncə TQDK-nın statistikalarını unutmamışıq. Balı 300-ü keçməyən uşaqlardan nə gözləmək olar? Utanmadan özlərinə tələbə deyəcəklər. Hansısa mənasız universitetin adını elə fəxarətlə deyəcək ki, elə bil Harvardda oxuyurlar.

Yaxşı yadımdadı. Politologiyada oxuyanda bəzi tələbə yoldaşlarım "politologiya”nın nə demək olduğunu bilmirdilər. Sadəcə təsadüfən gəlib düşmüşdülər bura. (İndi onların əksəriyyəti nazirliklərdə, dövlət işlərində işləyir. Yüz faiz əminəm ki, indi də bu sözün mənasın bilmirlər).

Bir əsr bundan əvvəl, yazıb oxumağı bacarmayan azərbaycanlılara savad vermək istəyən ziyalılar kimi hər gün qəzet alıb aparırdım ki, oxusunlar bu adamlar.

Bu gün Azərbaycan universitetlərində incəsənətə, jurnalistikaya, hüquqa, politologiyaya, mühəndisliyə dəxli olmayan nə qədər tələbə var.

Sabah onlar bizim üçün mütəxəsis olacaqlar.

Orta məktəbdə ən sonuncu şagird olub, birtəhər bütün tayfanın köməyi ilə, məsələn, jurnalistikaya təsadüfən gəlib düşmüş adamın, sonra reketçiliklə məşğul olmasında təəccüblü heç nə yoxdur. Məntiqi sonluqdur bu.

Amma nədənsə həmişə ən bahalı maşınlar, ən bahalı evlər, ən bahalı həyatlar məhz belələrinə qismət olur.

Dərslər başladı. Avtobusa, metroya minmək çətinləşəcək. Avtobusda sakitcə oturub işə, evə getdiyin yerdə bir qrup avara, tərbiyəsiz düşük zarafatları adamı bezdirəcəklər.

Darıxdırıcı keçən mühazirələrdə vaxtı aparmaq üçün bəziləri yatacaq, bəziləri bir-birlərinin telefonuna Üzeyirin təzə mahnılarını, yeni çıxmış intimo videoları göndərəcəklər.

Bir neçə aydan sonra imtahanlar başlayacaq. Və pul verib qiymət alacaqlar.

Sonra yeni eyni sujet.

Dörd il belə keçəcək…

İndi gəl bu adamlara kitab oxutdur.

Mədəniyyət öyrət.

İndi gəl bu adamlarla normal cəmiyyət qur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!