Bir kişi eşqi necə görür?

Bir kişi eşqi necə görür?
Kişi dünyası
10.09.2017 8
Əslində kişi və qadın arasındakı ən böyük problem"eşqi" fərqli anlamalarıdır. Qadınların eşqdə əhəmiyyət verdiyi şeyləri az çox bilirik .Yaxşı ya kişilər -onlar eşqdə nələrə əhəmiyyət verir?

Qadınlar hər vaxt kişilərin eşqi anlaya bilmədiklərindən şikayət edərlər yaxşı bəs niyə kişilər eşqi anlaya bilməz? Onlara görə eşq nədir ya da eşqdə əhəmiyyətli olan nələrdir? Bu suallar belə uzanıb getsə də kişilərin eşq haqqında düşündükləri bir neçə maddə ilə yekunlaşdırıla bilər.

Xüsusi günlər gərəksizdir.

Kişilər ümumiyyətlə eşqdə kiçik detallar üzərində dayanmazlar. Məsələn ildönümlərinizi, ad gününüzü unuda bilərlər. Ancaq bu onlar üçün çox böyük bir problem deyil. Hətta çoxu  xüsusi gün anlayışının nə olduğunu belə xatırlamazlar.

Onu axtarmasanız inciməz.

Qadınlar sevgilisi tərəfindən axtarılmağı və maraqlanmağı çox sevər. Halbuki zəng etmək kişilər üçün çox da lazımlı bir vəziyyət deyil. Sevgilisini gün içində mütləq axtarması lazım olduğunu düşünməz. Hətta əgər bu mövzuda ona bir az gileyli davransanız, niyə belə davrandığınızı və bir telefon zənginə niyə bu qədər əhəmiyyət verdiyinizi anlaya bilməz. Bu səbəblə əgər sevgiliniz sizi axtarmadısa mütləq ya bir işə dalmışdır ya da "Necə olsa axşam görüşəcəyik, nə üçün indidən axtarım?" şəklində bir düşüncə vardır başında.

Sirr saxlaya bilər.

Kişilər öz aralarında qadınlar qədər dedi-qodu etməzlər. Əgər ona bir sirrinizi versəniz ümumiyyətlə bunu özünə saxlayar. Qısacası onu ən yaxın yoldaşlarına sirrinizi verərkən görə bilməzsiniz. Onun üçün sirlər hər vaxt xüsusidir. Ancaq bəzən sizin ona verdiyiniz bir sirri unuda bilər. Çünki onun başı o qədər məşğuldur ki ömür boyu sirr tutmaq gərəksizdir.

Bitdisə bitmişdir

Kişilər bəzi vəziyyətləri qadınlara görə daha asan qəbul edə bilər. Ayrılıq onlar üçün qəbul edilməsi lazım olan bir gerçəkdir. Əgər əlaqə bitmişdirsə, ayrılmaq lazımdırsa ediləcək bir şey yoxdur. Təbii bu tamamilə onların kədərlənmədiyi mənasına gəlməz. Çox vaxt hüznlərini xaricə vurmamağı, duyğularını qarşısındakına keçirməməyi seçərlər. Belə zamanlarda məntiqli düşüncəni ön plana çıxararlar. Onlar üçün bir əlaqə bitdisə bitmişdir, kədərlənsə belə bunun fayda verməyəcəyini düşünər.



Tərcümə Etdi: NİGAR_CAVADскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!