Kişilər hansı qadınlara dözə bilmir?

Kişilər hansı qadınlara dözə bilmir?
Kişi dünyası
10.09.2017 75
Qadınların bu hərəkəti kişiləri özündən çıxara bilər?
Kişiləri əsəbiləşdirib özündən çıxartmaq qadınların ən bacarıqlı olduqları sahədir. Bu məsələdə qadınlara, hətta mütəxəssis də demək olar.
Qadınlar kişiləri bəzən istəməyərəkdən əsəbləşdirə bilər. Lakin bütün qadınlar kişilərin nədən əsəbiləşdiyini çox yaxşı bilir və bunun fərqində olur. Gözəl bir qadının kişinin qəlbini oğurlaması asan görünsə də, bir kişini özündən soyutmaq bir o qədər asandır.
Kişilər ən çox nələrə əsəbiləşir?
Kişilər qadınlardan qürur baxımdan daha ön planda dayanır. Özü ilə mənasız zarafat edilməsindən və ələ salınmasından, insanların yanında pərt edilməkdən heç xoşları gəlmir. Sevdiyi qadın tərəfindən onun üçün əhəmiyyətli bir mövzudan bəhs edərkən ciddi qəbul edilməmək də onları bir anda əsəbiləşdirə bilər. Kişiliyinin hiss etdirilməməsi, yaraşıqlı deyil, amma simpatik olduğu ifadələri və heç arzu edilmədiyinin hiss etdirilməsi kişilərə çox pis təsir edən mövzulardır.
Sevdiyi qadının özünə diqqət və qayğı göstərməməsi, baxımsız görüntüsü kişini özündən soyutmaq üçün ən təsirli üsullardan biridir. Kişilərin çoxunun sevimli əşyası, yəni tv pultunun və qəzetinin əlindən alınması, yerini dəyişməsi, qapıda və ya maşında saatlarla gözləmək, axtardığı əşyasını qoyduğu yerdə tapa bilməmək, əvvəlcədən geyinmək istədiyi köynəyin ütüsüz olduğunu görmək kimi davranışlar kişilərə yetəri qədər sevilmədiyi hissini aşılayır.
Kişilər də qadınlar kimi qarşı tərəfin səhvlərini və xoşagəlməz davranışlarını ürəyində yığan bir varlıqdır. Sevdiyiniz kişi bir gün qəflətən həyatınızdan çıxıb getmək istəsə…Bu davranışlardan çoxunu etdiyinizin fərqində olacaqsınız.
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!