Ahh bu kişilər !

Ahh bu kişilər !
Kişi dünyası
10.09.2017 30
Kişilərin evdar qadınlarına ən çox verdiyi zərər müəyyən olunub.
Michigan Universiteti İctimai Araşdırmalar İnstitutunun araşdırmasına görə kişilər, həyat yoldaşlarının ev işinin hər həftə 7 saat artmasına səbəb olur.
Araşdırmanı edən qrup üzvlərindən iqtisadçı Frank Stafford, bunun çox yaxşı bilinən bir vəziyyət olduğunu ifadə edərək, kişilərin daha çox ev xaricində işə meylli olduqlarını, qadınların isə evdəki işləri daha çox üstləndiyini ifadə etdi. Ailə içində fərdi fərqliliklərin olduğuna diqqəti çəkən Stafford, evliliyin ümumiyyətlə "qadınlar üçün daha çox, kişilər üçün daha az ev işi" mənasına gəldiyini yazdı. Stafford, ancaq Amerikada etdiyi araşdırmanın nəticəsində 1976-cı ilə nəzərən 2005ci ildə kişilərin ev işinə qatqılarının artdığını bildirdi. Araşdırmada, uşaqların da qadınların ev işinin artmasının digər səbəblərindən birini meydana gətirdiyi ifadə olundu. Buna, üçdən çox uşağı olan bir qadının həftədə cəmi 28 saat, ərin isə 10 saat işləməsi nümunə olaraq verildi.

/Mənbə:Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!