Kişiləri sevmək üçün 7 səbəb

Kişiləri sevmək üçün 7 səbəb
Kişi dünyası
10.09.2017 27
Qadınlar niyə bu qədər ürəyi yumşaqdır və xəyanət edən kişiləri tez bağışlayır? Çünki sevdiyi insandan vaz keçmək qadınlar üçün asan olmur. Sizi hər dəfə hirsləndirdiyi zaman oturub özünüzə "məni hirsləndirən adamı niyə sevirəm?” soruşursanız, biz cavabı tapmışıq. Kişilər buna görə əvəzolunmazdır:
Kişilər ağlamaz – Cəmiyyətdə kişilərin ağlaması birmənalı qarşılanmasa da, sevdiyi qadın üçün göz yaşı tökən kişi qadına olan sevgisinin göstəricisidir. Eyni zamanda, baxışlarından süzülən şəfqət qadınları kişilərin yanında huzurlu və güvəndə hiss etməyi təmin edir.
Zarafatları sevirik – boyat zarafat etmə potensialı nə qədər yüksək olsa da, çətin anlarımızda bizi güldürə bilirlər.
Özünə güvənən kişilər – Biz çətin hadisələr qarşısında təlaşa düşərkən, onlar soyuqqanlı şəkildə hər şeyin qaydasında gedəcəyini deyirlər. Məntiqli hərəkətləri ilə bizi sakitləşdirə bilirlər.
Həmişə yanımızda olurlar – Qadınları hər halı ilə (makiyajsız, hirsli və.s) sevirlər və bu qadınların xoşuna gəlir. Xəstə olanda qadınlarla maraqlanmayan bir kişidən heç vaxt dəstək ala bilmərik. Lakin baxımsız halımızla da bizi sevən biri, daim sevilməyə layiq olanlar sırasındadır.
Bizə ağır yük qaldırmağa icazə vermirlər – Kişilərin qadınlara kömək məqsədilə yük daşıma jestini yüksək qiymətləndiririk. Onları qadınların özü də daşımaq və qaldıra bilmək qabiliyyətinə malikdir. Həşaratları da öldürə bilərik. Lakin biri pisdir, digəri isə yorucu işdir. Kişilər bu özəlliyi ilə qürur duyma fürsəti taparkən, qadınlar da oturub istirahət edir.
Geyindiyimiz geyimlər – Əslində, kişilərin geyimləri çox böyükdür və hamısı da eyni olur. Amma yenə də kişilərin geyimlərini geyinə bilmək qadınlar üçün əyləncəlidir.
Kişiləri niyə sevirik? – Səbəb nə olursa-olsun, sevilirik. Kişilərin varlığı qadınlara huzur verir. Əllərimizi tutub buraxmadığınız zamanlarda özümüzü dünyanın ən güclü və xoşbəxt insanı hiss edirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!