Kişilər belə xanımları sevməz

Kişilər belə xanımları sevməz
Kişi dünyası
10.09.2017 27
Sevgi axtarırsınızsa, lakin təklik yaxanızı buraxmırsa bəlkə də problem sizdədir. 'Hələ axtardığınız insanı tapa bilməmiş' ola bilərsiniz, yaxşı siz birinin axtardığı qadınsınızmı?

Sədaqətsiz qadın

Buna heç bir insan dözə bilməz. Lakin burada 'sədaqət' anlayışını araşdırmamız lazımdır. Kişilər yersiz səmimiyyətdən, davamlı kişi axtaranlardan  da xoşlanmazlar. Öz mövqeləri üçün 'ehtiyatların olduğunu düşünmək istəməzlər.

'Mən dostumdan imtina edə bilməm' deyirsinizsə, qarşınıza çıxan kişinin çox anlayışlı olmasını ümid edirik!

Kreslodan qalxmayan qadın

Kresloya yapışıb qalsanız, subaylığa da yapışıb qalarsınız! Kişilər televiziyanın qarşısında divan kefi etməyi çox sevərlər. Lakin öz-özünə plan edə bilən və onu bu planlara daxil ədəbilən qadınları daha çox sevərlər. Hər şeyi soruşmadan öz qərar verə bilən və onu tətbiq edə bilən qadın basqındır.

Yalançı qadın

Buna kredit kartı borcunuz, o adamla tanış olma hekayəniz, kilonuz da daxildir! Özləri 'professional yalan' mövzusunda çox müvəffəqiyyətli ola bilmədiyi üçün bu onların zəif nöqtəsidir. Söylədiyiniz hər şeyə inana bilmək istəyərlər. Hər detalın doğru olduğunu bilmək məcburiyyətindədirlər və yalan danışsanız bunu asan anlaya bilməzlər. Buna görə dürüst olmanıza 'möhtacdırlar.

Kişi zarafatları edən qadın

O sizin dostunuz deyil, sevgiliniz! Onunla kişi dostlarınızla olduğu kimi danışmayın. Sizi daim 'pəri şahzadə' si olaraq görmək istəyir. Ağızınızdan çıxan ən kiçik kobud söz sehri bitirə bilər.

Asan əsəbiləşən qadın

Hər şey tərs getdiyində də üzünüzün gülməsini istəyərlər. Həyata qarşı özünə inamınız varsa, o da sizə inanacaq. Onunla çətinliklərinizi paylaşmanızda əlbəttə səhv bir şey yox. Lakin gün içində tərs gedən hadisələrin ağrısını ondan çıxarsanız, bu səhv olar! Əsəbiləşmək yerinə, sual verməyi və razılaşmağı yoxlayın.

Dağınıq və baxımsız qadın

Bu universal bir həqiqət, bilməyən varmı? Canınız o gün uzun - uzun bəzənmək istəsə belə, saçlarınız təmiz, üzünüz canlı görünməli. Paltarlarınız uyğunlaşmasız və əlaqəsiz olmamalı. Ən əhəmiyyətlisi - bu sizin evlənilə biləcək bir insan olduğunuz siqnalını verər: Eviniz səliqəli olmalıdır. Bir atquyruğu, bir kirpik üçün tuş və yüngül bir ənliklə vəziyyəti kamuflyaj edə bilərsiniz.

Səbirsiz qadın

Bu yalnız onu gözləməklə əlaqədar deyil. Həyatdakı gözləmələrin reallaşması üçün lazımlı müddətin keçməsinə də dözə bilməkdir. Buna evlənmə təklifi də daxildir!

Həyatını sevməyən qadın

Problemli qadınlarla biz belədost olmaq istəməzkən, onların bizə aşiq olmasını necə gözləyə bilərik?

Davamlı qaşqabağını tökməniz onun da enerjisini alacaq. Bu səbəbdən sizdən qaçmaq istəyəcək. Kişilər çətinliyə gəlməz. Həyatlarını asanlaşdıran şeylərin arxasından gedər.



/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!