Kişilər hansı qadınlardan çəkinirlər?

Kişilər hansı qadınlardan çəkinirlər?
Kişi dünyası
10.09.2017 41
İstər qadın, istər kişi 18 yaşından sonra ailə qura bilər. Lakin bu, hər kəsə bir yaş dövründə qismət olur. Biri gec, biri tez. Bu gün müəyən yaş dövrünə çatsa da hələ də ailə qura bilməyən qadınların sayı kifayət qədərdir. Bəzən bütün münasibətlərdə ideal, eləcə də, evdar, ağıllı və gözəl xanımlar ailə qura bilmirlər. Ona görə yox ki, istəmirlər, sadəcə olaraq heç kəs ona ürəyini və əlini təklif etməyə tələsmir.
Bu paradoksun səbəbləri çoxdur. Birinci, yaşı ötmüş qızların bir qismi ətrafındakı hər bir kişiyə yalnız həyat yoldaşı kimi göz qoyur. Bu isə əks cinsin nümayəndələrini qıcıqlandırır. Çünki kişi elə başa düşür ki, həmin qadın ona bir şəxsiyət kimi deyil, ər kimi yanaşır. Onun üçün yalnız güclü cinsin nümayəndəsinin vasitəsilə nail olacağı sosial status maraqlıdır.
Psixoloq Murad İsayevin sözlərinə görə, ər kimi olmaqla yanaşı, kişilərin bir ideyası da var. Bu "mənə yalnız ər formatında yanaşmayın, mənə dost kimi də yanaş, problemlərin olarsa mənimlə paylaş, bölüş. Ailədə problemlər tək mənim çiynimə düşməsin"dir.
Hər bir normal kişi münasibət istəyir. Ailə qurmaq arzusunda olan xanımlar da bunu arzulayır. Lakin onlar eyni zamanda tənha qalmamaq məqsədi güdürlər. "Mənimlə heç kəs ailə qurmaq istəmir, demək məndə nə isə çatmır" düşüncəsi qızlarda onları pərt edən, keyfini pozan həyəcanlandırıcı bir vəziyyətə gətirib çıxarır. Bu isə qadının özünə verdiyi dəyəri ucuzlaşdırır və kişinin gözündə onun cazibəsini aşağı salır. Kişiləri çox zaman qızlardan itələyən amillərdən biri də qadınların cəmiyyətdə tutduğu mövqedir. Güclü cinsin nümayəndələri karyera quran qadınları çox sevmirlər.
"Azərbaycan psixologiyasında kişilərin daha fəal, daha produktiv, enerjili, işləyən, hər hansı bir vəzifəyə sahib olan qadınlardan bir balaca çəkinməsi var. Kişilər 27-28 yaşında olan qadınlardan da bir az çəkinirlər. Onlarda qorxu olur", deyə psixoloq qeyd edir.
Əsl qadın özünü sevdirməyə icazə verməlidir. Psixoloqların fikrincə, kişilərə bağlı kitab olan qadını oxumaq və onları cəlb etmək maraqlıdır. M.İsayev kişilərin ümumiyyətlə tez əldə edilən qadınları sevmədiyini deyir. Çünki onlar qadını mübarizə ilə əldə etmək istəyirlər: "Əgər qadın birdən-birə razı olarsa, birdən-birə "hə" deyərsə, kişilərin beynində belə bir fikir yarana bilər ki, "demək sən məni gözləyirdin". Ona görə bir balaca naz-qəmzə yerindədir".
Heç nə ilə gizlədilməyən ailə qurmaq arzusu kişiləri itələyir. Kişilər qadınları itirməkdən qorxmalıdırlar. Bu qorxu onlarda əmələ gələndə - yalnız o zaman güclü cinsin nümayəndəsi sizə ürəyini və əlini təklif edəcək. Xanım isə razı olacaq, lakin o saat yox.Kişilər hansı qadınlardan çəkinirlər?
"Mənimlə heç kəs ailə qurmaq istəmir" düşüncəsi qadının özünə verdiyi dəyəri ucuzlaşdırırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!