Kişilər bunu anlamır

Kişilər bunu anlamır
Kişi dünyası
10.09.2017 14
Qadınların bəzən sərgilədikləri elə davranış və rəftarlar var ki, kişilər bu vəziyyətə əsla məna verə bilmir və şikayət edir.

Kişilərin qadınları anlamaqda çətinlik çəkdikləri ən diqqətə çarpan davranışlar:

- Kişilər, ən çox qadınların alış - veriş marağını anlamadığı kimi bir məna da verə bilmir. Xüsusilə hər gün alış - verişə çıxsa yenə də "geyəcək heç bir şeyim yox" cümləsini heç anlamırlar.

- Qadınların, əlaqənin maksimum bir ayında göstərdikləri anlayışın birdən necə itdiyini və davamlı hesab soruşan bir qadın halına gəldiklərini.

- Böyük pişiklərə, itlərə sarılıb kiçik böcəklərdən, ən balaca  həşəratlardan qorxub, şişirdilmiş reaksiyalar verməsini.

- Kiçik hadisələri şişirdərək dərhal dramatik etmələrini və hətta hadisə anında ağlamalarını.

- Əsəbiləşdiyi əsl problem başqaykən, "bir şeyim yox" deyə cavab verdikdən sonra bütün qisasını birlikdə olduğu adamdan çıxarmalarını.

- Deyilən və deyilmək istənən! İKişilərin ən çox anlamaqda çətinlik çəkdikləri mövzu. "İstəsən yoldaşlarınla vaxt keçirə bilərsən" deyən bir qadının alt mətni olan "Qalıb mənimlə maraqlanmağını istəyirəm" arasındakı incə xətt.

- İzlədikləri romantik istiqamətləri ağırlıq təşkil edən film ya da serialdan təsirlənərək ağlamalarını.

- Bir kişiyə maraq hiss etdiyi halda niyə ilk addımı qarşı tərəfdən gözlədiklərini.

- Menstruasiya dövrü psixologiyası. Ən sakit qadının belə necə əsəb küpünə çevrildiyini, sağa  - sola əsəbiləşib dava çıxardığını əsla anlamırlar.



/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!