Kişilər yaşlansalar da uşaqdırlar

Kişilər yaşlansalar da uşaqdırlar
Kişi dünyası
10.09.2017 6
Həmişə 'maraqlı bir insan' olaraq qalın

Onunla tanış olduğunuz zaman həyəcan və maraqla kəşf etməyə çalışırdınız. Gördüklərinizi sevir və daha çoxunu bilmək istəyirdiniz, deyilmi? İllər keçdikcə bu maraq azala bilər. Buna görə yenilənməniz lazımdır.

Sizi kəşf etməsini tələb edəcək yeni vərdişlər əldə edin. Məsələn onun da sevəcəyi bir hobbi proqramına qatılın, məsələn aşbazlıq! Oxuduğunuz bir kitabdan bəhs edin. Bir xarakteri ona bənzədin və səbəblərini izah edin. Yeni iç paltarları alın və busthalterinizin qarmaqcığını bağlamasını xahiş edin.

Birlikdə gülə bilmək çox əhəmiyyətlidir.



Görüş təyin edin!

Xüsusilə gecələri çölə çıxın. Eynilə əvvəllər etdiyiniz kimi... Nə geyəcəyinizi günlər əvvəlindən düşünməyə başladığınız zamanları xatırlayın. Yenə görüşünüz üçün alver edin. Seksual bir makiyajla gözəlliyinizi tamamlayın. Bu onu çaşdıracaq və ağılını başından alacaq. Proqramınızı qısa kəsib dərhal evə getmək istəyə bilər!



Kişilər yaşlansalar da körpədir!

Eşq və ehtiras şəfqətlə birləşdiyində doyumsuz bir əlaqə yaradar. Ona şəfqət göstərin. Problemlərini dinləyin. Uzun -uzun tövsiyə verməkdənsə, onu sevgiylə qucaqlayın. Yanında olduğunuzu izah edin və hiss etdirin. Və bir körpəni əzizlər kimi əzizləyin!

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!