ideal kişi necə olmalıdır?

ideal kişi necə olmalıdır?
Kişi dünyası
10.09.2017 75
Qadınlara görə, kişi dediyin güclü və lider xüsusiyyətdə olmalı, özünə güvənməli, partnerine və sevdiklərinə qol - qanad gərməlidir.

Qadınlar üçün  əhəmiyyətli olan kürəklərini söykəyəcək bir kişi tapa bilməkdir. Bunun üçün həm güclü, həm də yaxşı bir statü sahibi olmaq çatmır. Bunların yanında, kişinin karizmatik olması, istək və arzularını bildirməsi, tərif sözlərinə yer verməsi, hörmət göstərdiyini və dəyər verdiyini qadına hiss etdirməsi lazımdır.

Kişilərin davamlı olaraq üzərində düşündükləri lakin heç cür tapa bilmədikləri problemin cavabı əslində çox sadə... Qadınlar, özlərini dinləyən və anlayan, sahiblənmə duyğusu olan, toxunaraq və baxaraq sevgisini ifadə edən, anlayışlı kişilər istəyirlər.

Qadınların özlərinin uduzmaya uğradıqlarını düşündükləri və döyüşə bilməyəcək qədər aciz qaldıqları tək şey özlərini dəyərsiz hiss etmələridir.

Qadınların çoxu qiymətli olduqlarını hiss etmək istəyərlər!  Bunu hiss etdirə bilmək üçün kişinin qadınının qürurunu oxşaması, hər axşam ən az yarım saat əlini tutub, gözlərinin içinə baxaraq yalnız onu dinləməsi və anladığını göstərməsi, şəfqətli olması və hər daim arxasında olduğunu hiss etdirməsi lazımdır.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!