Xəyanət etməyən kişini tanımaq - ÜSULLARI

Xəyanət etməyən kişini tanımaq - ÜSULLARI
Kişi dünyası
10.09.2017 19
Sevgilisinə və ya həyat yoldaşına xəyanət etməyən kişini tanımağın bir neçə yolu var.



Mütəxəssislərin araşdırmasına görə, hər bir qadın aşağıda göstərilən 6
üsuldan istifadə edərək ərinin onu aldadıb-aldatmadığını yoxlaya bilər.



- Sevgiliniz və ya əriniz sizinlə əvvəlki qədər danışmırsa, bu,
problemin olduğuna işarədir. Sadiq kişilər xanımları ilə danışmaqdan
çəkinməz. Əgər danışmırsa, deməli ağzından nəsə qaçıracağından qorxur.



- Özünü qəhrəman kimi göstərən kişilərdən təhlükə gözləməyin. Onlar
özlərini sevgilərinə həsr edirlər və bundan zövq alırlar. Buna görə də
xəyanət onları maraqlandırmır.



- Kişilərin xəyanətinin ən bariz sübutu qadına qarşı diqqətinin
azalmasıdır. Ancaq əgər xəyanət etdiyindən peşimandırsa, qadına daha çox
diqqət göstərəcək və beləliklə də özünü "ələ verəcək”. Sadiq kişi öz
sevgilisi ilə dostlarına nisbətən daha çox vaxt keçirməyə çalışır. Əgər
kişi qadını öz dostları ilə tanış etməkdən çəkinirsə, deməli onun
gizlətmək istədiyi bir şey var.



- Aldatmayan kişi qadını ilə gözəl xatirələr yaşamaq istəyir. Qadını
daha əvvəl birgə getmədikləri yerlərə aparır, sürprizlər edir.



- Sizinlə mübahisə edən kişidən qorxmayın. Aldatan kişilər problem
yarandığı təqdirdə onu həll etməyə çalışmır, əksinə başqa qadının yanına
qaçır.



- Əgər kişi sizin dərdinizi dinləyib problemdən çıxış yolunu tapmaqda
sizə kömək edirsə, bu, onun sadiqliyini götərir. Belə kişi heç bir zaman
qadını üzəcək hərəkətə yol verməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!