Kişilərdə seksual görünmək istəyir...

Kişilərdə seksual görünmək istəyir...
Kişi dünyası
10.09.2017 24
Qadınlar gözəl görünmək üçün qurban verməyə hazır olur və buna artıq öyrəşmişik. Bəs kişilərin əməliyyat etməsinə necə baxırsınız?
Aparılan araşdırmalar göstərir ki, estetik əməliyyatdan sonra insanın özümə olan inamı qat-qat yüksəlir. Bir insanın özünü gözəl və gənc hiss etmək istəməsindən təbii heç nə yoxdur. Kişilərin və qadınların da bərabər hüquqlu oluduğunu nəzərə alsaq, onların da gözəl görünmək istəmələri sizcə təbii deyil?
Qadınların kişilərə gözəl görünmək və özlərini onlara bəyəndirmək üçün əziyyət çəkdikləri nə qədər normal qarşılanırsa, kişilərin də buna kifayət qədər haqqı var. Artıq kişilər də qadınlar qədər xarici görünüşlərinə vaxtını və pulunu xərcləyirlər. Kişilərin ən çox müraciət etdiyi əməliyyatlara: baldır protezi, burun əməliyyatı, üz gəncləşdirmə, döş əməliyyatı və piylərin alınması daxildir. Düşünüldüyünün əksinə olaraq kişi cinsiyyət orqanının böyüdülməsi o qədər də edilmir.
Kişilərin burun əməliyyatı etdirmələrinin ən böyük səbəbi nəfəs almada çətinlik çəkmələridir. Bundan əlavə əyri və uzun burundan da böyük məmnuniyyətlə xilas olmağa razı olurlar. Bəzi qadınlar iri sümüklü burnun kişini daha xarizmatik göründüyünü düşünür. Lakin balaca burnu xoşlayan qızlar da az deyil.
Kişilərin estetik əməliyyat zamanı ən həssas olduğu məqam təbiilikdir. Estetik əməliyyat etdirdiyini etiraf etməyi xoşlamayan kişilər saç əkdirmək üçün həkimlərə çox tez-tez müraciət edirlər. Bunu isə gizli saxlmaq mümkün deyil. Halbu ki, qadınlar keçəl kişiləri də çox xoşlayırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!