Kişilər, kəmərinizi möhkəm sıxmayın, yoxsa...

Kişilər, kəmərinizi möhkəm sıxmayın, yoxsa...
Kişi dünyası
10.09.2017 25
Möhkəm sıxılan kəmər yemək borusu və qırtlaq xərçəngi riskini
artırır. Qadinlar.Biz-in Türkiyə mətbuatına istinadən bildirir ki, Şotlandiyada
Qlasqov Universitetində aparılan araşdırmada bu qənaətə gəliblər.
Kennes Makkol və heyətinin çalışması nəticəsində artıq çəkili
adamların kəmərlərini "1 deşik boş buraxmasının" yemək borusu və qırtlaq
xərçəngi riskini azaltdığı müəyyən olunub. Araşdırma zamanı
iştirakçıların yeməkdən sonra mədə turşusunun miqdarı ölçülüb. Nəticələr
kəmərin çox sıxılması və ya boş buraxılması hallarıyla qarşılaşdırılıb.
Xüsusən kök insanlarda kəmərin möhkəm sıxılıb bağlanması mədə və yemək
borusu arasındakı hissəni sıxır və mədənin ifraz etdiyi turşu yemək
borusuna qalxır.
Alimlər mədə turşusunun xərçəngə meyilli qida borusu hüceyrələrinə
zərər verərək göynəmələrə, zaman zaman da xərçəngə səbəb olacağını
deyiblər.                      скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!