Kişilərin uzaqlaşmasını istəmirsinizsə, bunları etməyin!

Kişilərin uzaqlaşmasını istəmirsinizsə, bunları etməyin!
Kişi dünyası
10.09.2017 34
Qadınların elə davranışları var ki, kişilərin onlardan uzaqlaşmasına
səbəb olur. Kişilər uzaqlaşdıqda isə qadınlar günahı ancaq kişidə
axtarmağa çalışırlar. Ancaq düşünmürlər ki, "Bəlkə mən hansısa səhvim
ucbatımdan onu itirdim". Araşdırmalar nəticəsində kişilərin
uzaqlaşmasına səbəb olan 6 qadın davranış növü müəyyən edilib.
1. Dəyişdirmək istəyi: Bir çox qadınlar münasibət qurduqlarında ilk
öncə kişini dəyişdirə biləcəklərini düşünürlər. Əgər bir kişi yeni
başladığı münasibəti üçün özündə hansısa dəyişiliklər etmək istəsə, bunu
özü edər. Bu işə qarışıb onu istədiyiniz kimi dəyişdirməyə çalışarkən
onun maraqlarını unutduğunuz üçün uzaqlaşmasına səbəb olacaqsınız.
2. Məsələnin detallarına kimi getmək: Kişilər bir məsələyə üzdən 
yanaşsalar da, qadınlar həmin məsələnin detallarına kimi maraqlanmağı
xoşlayırlar. Bir kişi dostuyla görüşə çıxıb gec gelibsə, demək ki, nəsə
olub deyə gec gelib. Artıq heç nə soruşmayın.
3. İlk gecə seks: Bunun insanı özünü ağırtəbiətli göstərməklə əlaqəsi
yoxdur. Bir qadın ik görüşdən kişi ilə sevişmək istədiyini bildirərsə,
kişi onu əlbəttə qəbul edəcək. Amma qadın kişiyə alovlu öpüş bəxş edib
gedərsə, bu, kişinin ona olan marağını daha çox artıracaq. İlk görüşdən
onun olsanız, bu, sonradan onun sizə marağının azalmasına səbəb olacaq.  
                   
4. Çox danışmaq: Kişilərin fikrincə, qadınlar sevgi haqqındakı
fikirlərini özlərinə saxlamalıdılar. Hər dəfə deyilən "səni sevirəm"
sözü dəyərini itirə bilər. Həmin hissləri yaşayan insanlar sevgilərini
əməlləriylə ifadə etməlidir, sözlərilə yox. Yəni, çox əməl, az söz!
5. Xəyanət: Sədaqətli olmaq kişilər üçün olduqca önəmlidir. Əgər bir
qadının digərini aldatdığını görsələr, bunun gələcəkdə onlar üçün də
təhlükəli olacağını düşünüb həmin xanımdan uzaqlaşarlar.
6. Hər şey qarşılıqlı olmalıdır: Qadınlar qorunmağı, dəyərli olmağı
hisss etmək istədikləri kimi, kişilərdə eynisini istəyirlər. Sizin
birlikdə olduğunuz adama onu nə qədər sevdiyinizi, dəyər verdiyinizi
hiss etdirməyiniz vacibdir.                 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!