Qadınları anlamayan kişilər üçün MƏSLƏHƏT

Qadınları anlamayan kişilər üçün MƏSLƏHƏT
Kişi dünyası
10.09.2017 26
Hörmətli kişilər, qadınları anlamadığınızdan şikayət edirsiniz? O
zaman Qadınlar.Biz sizə bəzi ipucları təqdim edir. Oxuyun və faydalanmağa
çalışın.  
 
Qadın "Əsəbləşməmişəm" deyirsə, deməli əsəbidi. Əgər dodaqlarını
dişləyərək "əsəbi deyiləm" deyirsə, deməli, başınıza açmaq istədiyi oyun
haqqında düşünür. Əsəblərini sakitləşdirmək üçün çıxış yolu
düşünməkdənsə, üzünü güldürəcək şeylər etməyə çalışın. Amma bilin ki,
vəziyyət qəlizdir. Çünki qadınlar əsəbləşdiyi mövzuları heç vaxt
unutmazlar. Elə buna görə də problemi sakit şəraitdə həll etməyə
çalışın.
 
Əgər qadın sizi qardaşı kimi görüdüyünü deyirsə, deməli sizdən xoşu gəlir.
Qadının sevdiyi varsa, onu sizə deyərək qəlbinizi qırmağı heç istəməz. Hisslərini sizə demirsə, yeni bir addım atmanız gərəkdir.
Əgər qadın "dostlarını sevdim" deyirsə, deməli dostlarınızdan xoşu
gəlməyib.  Dostlarınızı xoşlamırsa, onlarla eyni ortamda olmağı da
istəmir. Siz də onu özünüzlə hər yerə dartıb aparmayın. Gəlmək istəsə,
özü gələr.
 
Qadının dediyi "Mənimlə yetərincə maraqlanmırsan" sozünün əsl mənası
"Münasibətimiz haqqında nə düşünürsən?" deməkdir. Çox danışmayan kişini
qadınlar başa düşür, ancaq necə olur olsun suallarına cavab almaq
istəyirlər. Buna görə onun suallarını cavablandırmalısınız, yoxsa ayrı
vaxtlarda həmin sual başqa formada qarşınıza çıxacaq.
 Qadının "Necə görünürəm?" sualı onun daha çox diqqətə ehtiyac
duyduğunu bildirir. Qadın belə sual veririsə, münasibətiniz haqqında
çıxılmaz sualları var, həm də onunla maraqlanmıyıb dəyişiklikləri
görmədiyinizi düşünür. Etməniz gərəkən tək şey bəyənməsəniz də,
əynindəki paltarın ona yaraşdığın deməkdir.            скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!