Kişilərin diqqətini çəkən 5 vacib şey!

Kişilərin diqqətini çəkən 5 vacib şey!
Kişi dünyası
10.09.2017 37
Həyatınızın sevgisi ilə tanış olma (Meeting Yom Match) kitabının yazıçısı Jackie Black "Kişilər, bir qadınla tanış olduqlarında əslində çox az şeyə diqqət yetirirlər və çox vaxt genetik şərtlənmələrinin təsirində qalırlar” deyərək bunu necə edə biləcəyinizin ipuclarını verir.
Kişilərin ən əhəmiyyət verdiyi detallar…
1- Saçlarınızın nə qədər dolğun və uzun olduğu
Əslində bu tamamilə təkamül qaydası ilə əlaqədardır. Kişilər ilk çağlardan bəri, gur saçlı qadınlardan xoşlanırlar. Çünki onlara görə saçlardakı bu dolğunluq və uzunluq, qadınların sağlam və doğurqan olduqlarını göstərir.
2- Dərinizin nə qədər parladığı
Kişilər, parlaq dərisi olan xanımları daha ağıllı hesab edərlər. Sızanaqların; stress və narahatlıq nəticəsində meydana gəlib, dərini solğunlaşdırması bunun ən böyük səbəbidir. Bu da o deməkdir ki, yanaqlarınıza sürtüyünüz allıq və üzünüzə tətbiq etdiyiniz bronzlaşdırıcılar qətiliklə işə yarayır. Bu yolda irəliləməyə davam edin.
3- Səsinizin tonu
Araşdırmalar kişilərin yüksək çıxan səslərdən xoşlandıqlarını göstərir. Bunun səbəbi, həm genetik həm də romantik şərtlənmələrdir. Çünki gur və canlı bir səs tonu, gəncliyin və yüksək həyat enerjisinin göstəricisidir.
4- Bel və ombanız arasındakı nisbət
İncə bel doğurqanlığın göstəricisi olaraq qəbul edilir və kişilər tərəfindən də diqqət çəkən ən əhəmiyyətli detaldır… Araşdırmalar, kişilərin qadının bel və omba nisbətinə diqqət yetirdiyi, böyük arxalı qadınları cazibəli hesab etmirlər…
5- Nəyin saxta olduğu
Burada xarakter xüsusiyyətlərindən deyil, fiziki sünilikdən danışırıq. Araşdırmalar, kişinin təbii olan qadını, hər hansı bir yerində estetik olan qadına dəyişdiklərini ifadə edir. Təbii saç rənginə də olduqca əhəmiyyət verildiyi ifadə edilən araşdırmalar, mümkün olduğunca natural qadınların bəyənildiyi istiqamətindədir…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!