“Kişilərdən evlənməyə hazıram” xəbərdarlığı!

“Kişilərdən evlənməyə hazıram” xəbərdarlığı!
Kişi dünyası
10.09.2017 33
Kişilər də qadınlar kimi evlənməyə hazır olduğu zaman ətrafındakılara bəzi mesajlar verirlər. Qadınlar.Biz saytı xəbər verir ki, ABŞ-lı yazıçı Con Malloy 2500 kişi üzərində apardığı testin nəticələrinə görə kişilər evlilik vaxtlarının gəlməsi barəsində bəzi ip ucları verirlər. "Niyə kişilər başqaları ilə yox bəzi xanımlarla evlənir?” adlı kitabın yazıçısı Con Malloy bir dəməç verərkən kişilərin evliliyə hazır olduğunu göstərən işarələrdən danışdı.
Malloy 17-70 yaşları arasında olan 2500 kişi ilə apardığı araşdırmalarda qərara gəldi ki, kişilər barlardan, gecə klublarından sıxılıb o yerləri daha gənc nəsilə tərk etməyə başladığı zaman evliliyə daha müsbət yanaşırlar.
Malloy ilə birlikdə iştirak edən ABŞ-lı psixoloq Tina Tessina kişilərin "evlilik vaxtı”nın qadınlardan fərqli olduğunu vurğuladı. Tessina vurğuladı ki, "Bir çox kişi evlilikdən əvvəl maddi vəziyyətini düzəltməyə çalışır. Əyər hələ də kommunal xərcləri necə ödəyəcəyini düşünürsə bir xanım və ev ona əlavə yük olacaqdır.”
Kişilərin evlənməyə hazır olduğunu göstərən bir başqa ipucunun "həyatında olan xanımla gələcək barəsində plan qurmağa başlaması” olduğunu söyləyən Tessina xanımlara səslənərək sözlərinə belə davam etdi: "Kişilər həyatınız barəsində hər şeyi bilmək istəyirsə və sizi yaxınları ilə və xüsusilə ailəsi ilə tanış edirsə, bu onların evliliyə biraz daha yaxınlaşması mənasına gəlir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!