Kişi sonsuzluğu

Kişi sonsuzluğu
Kişi dünyası
10.09.2017 26
Kişi və qadının normal cinsi əlaqədə olduğu və hamiləlik əleyhinə preparatlar, hamiləliyin qarşısını alan vasitələr işlədilmədiyi halda 1 il ərzində hamiləlik baş vermirsə, kişi də, qadın da müayinə olunmalıdır.
Tədqiqatlar göstərir ki, 45% hallarda sonsuzluğun səbəbi kişilər olur.
Kişilərdə sonsuzluğun təsnifatı:
1. Sekretor sonsuzluğ: a) Sekretor-endokrin forma-hipoqonad vəziyyətlərlə (anadangəlmə kriptorxizm, xayanın ektopiyası, Klaynfelter sindromu, erkən uşaqlıq dövründə baş verən parotit və digər yoluxucu xəstəliklər nəticəsində inkişaf etmiş orxit) özünü göstərir. Belə xəstələrdə xayalar atrofiyalaşır;
b) Sekretor-toksiki forma- normal cinsiyyət orqanları olan şəxslərdə toksik və fiziki təsirlər nəticəsində yaranır.
2. Ekskretor sonsuzluq:
a) ekskretor-toksik forma- müxtəlif iltihabi xəstəliklər nəticəsində toxumçıxarıcı aparatların qismən tutulması baş verir;
b) Ekskretor-obturasion- müxtəlif iltihabi xəstəliklərin nəticəsində toxumçıxarıcı yolların mənfəzinin tam tutulması əmələ gəlir.
3. Qarışıq formalı sonsuzluğ- cinsiyyət vəzilərinin müxtəlif mənşəli çatışmazlığı ilə yanaşı obstruksiya və ya intoksikasiya qeyd edilir.
4. Digər formalar- nisbi, autoimmun və s.
MÜAYİNƏLƏR:
1. Eyakulyatın makroskopik, mikroskopik və biokimyəvi müayinəsi (spermoqramma)
2. Hormonal və immunoloji dəyişikliklərin müəyyənləşdirilməsi.
3. Genitoqrafiya
4. Xayaların biopsiyası
MÜALİCƏSİ:
1. Ümumi terapevtik tədbirlər- düzgün qidalanma, iş məişət rejimi, cinsi həyatın normal və müntəzəm olması, yanaşı xəstəliklərin müalicəsi, biostimulyator və sedativ preparatların təsiri; spermotogenezi stimulyasiya edən qida maddələri- dana əti, yumurta, quş əti, dəniz balığı, qara və qırmızı kürü, balıq yağı, günəbaxan və qarğıdalı yağı, balqabaq, yerkökü, ərik qurusu, qara qarağat, qarpız, bal, kəsmik və s. təyin olunması; spirtli içki, istiot, hisə verilmiş ərzaq və duzlu xörəklərin qəbulunun dayandırılması.
2. Əsas patogenetik amilə təsir edən preparatlar- hormonal pozğunluqlarda- hormonoterapiya; iltihabi xəstəliklərdə- antibiotikterapiya; vitaminlər, sorucu preparatlar, biostimulyatorlar
3. Fizioterapevtik üsullar
4. Cərrahi üsul- bərpaedici plastik əməliyyatlar sorucu preparatlarla müalicədən sonra aparılır və toxumçıxarıcı yolların keçiriciliyinin bərpa olunmasına yönəlir.
Spermaqramma analizi – toxumun miqdarı, keyfiyyəti, hərəkətlilik faizi və digər önəmli göstəricilərilərini əks etdirən laborator müayinədir.
Bizim klinikada bu analiz çox dəqid yerinə yetirilir. Spermaqramma analizi 3-5 gün cinsi münasibətdə olmamaq şərtiə klinikada verilir.
Spermaqramma göstəriciləri normadan aşağı olduğu hallarda bunu yarada bilən səbəblər araşdırılır—xayaların doppler müayinəsi (varikosele, xaya hipoplaziyasını və digər patologiyaları inkar etmək üçün), prostat vəzin USM-si (xroniki prostatiti, prostatın adenomasını müəyyən etmək üçün), qanda hormonların (testesteron, FSH və s.) miqdarının təyini, urogenital infeksiyaların (ureaplazma, mikoplazma, xlamidiya, qonoreya və s.) müayinəsi. Axtaran tapar deyirlər, biz də axtarırıq və tapırıq. Müraciət edən kişilərdə sonsuzluğun səbəbi adətən müayinələrdə aşkar olunur. Bəzən bir yox, bir neçə faktor birgə təsir edir—varikosele, xroniki prostatit, qarışıq urogenital infeksiyalar, cinsi zəiflik, hormonal pozuntular. Bu zaman kompleks müalicələrin xüsusi əhəmiyyəti olur. Həm kişi, həm qadın sonsuzluğu uğurla müalicə olunur. Neçə-neçə sonsuz ailə 15-17 il nigahdan sonra ilk övlad sevinci yaşayıblar. Biz bu nailiyyətlərimizlə fəxr edirik, və xalqımıza keyfiyyətli xidmət edə bildiyimiz üçün özümüzü xoşbəxt hiss edirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!