Kişilər niyə oğlan uşağı istəyirlər? - MÜZAKİRƏ

Kişilər niyə oğlan uşağı istəyirlər? - MÜZAKİRƏ
Kişi dünyası
10.09.2017 6
Övlad sahibi olmağı hər bir ailə arzulayır, ancaq bu xoşbəxtlik hər adama nəsib olmur. Qadınlar.Biz  milli.az saytına istinadən bildirir ki, həmin xoşbəxtliyi bəzi ailələr illərlə gözləməli olurlar. Uzun illərdən sonra övlad sahibi olan ailə isə uşağın cinsindən narazı qalır.



Niyə belə şeylər baş verir? Nəyə görə kişilər əsasən oğul atası olmaq istəyirlər? Məgər qız atası olmaq xoşbəxtlik deyil?



Oğul sahibi olmaq istəyənlərin əsas arqumenti nəslin davamçısının olmasıdır. Oğul soyun davamçısıdır. Bu səbəbdən bəzən oğlanlara babalarının adını verirlər.



İkinci arqument isə atanın arzularını həyata keçirməkdir. Atalar bu və ya digər səbəbdən nail ola bilmədikləri hədəflərə oğullarını çatdırmaq istəyirlər. Oğlanları futbola göndəririk, tibb və ya hüquq ixtisasları almağa vadar edirik.



Üçüncü arqument isə oğlanların hər zaman valideyinin yanında olacağı ümididir. Hər kəs düşünür ki, qocalanda məhz oğul onun qayğısna qalacaq. Axı qızlar ərə getdikdən sonra başqa ailənin üzvü olurlar.



Problem ondandır ki, bəzi ailələr anlamaq istəmirlər ki, övlad Allahın bəxşişidir. Belə bəxşiş gələndə onu növə bölmək olmaz.

Bəs siz necə düşünürsünüz, əziz oxucular?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!