Kişiləri anlamaq çətindir

Kişiləri anlamaq çətindir
Kişi dünyası
10.09.2017 14
Kişiləri anlamaq həqiqətən çətindir, amma imkansız deyil. Hətta onunla yaxın dost belə ola bilərsiniz. Necəmi?

1. Onunla eyni dili danışa bilməyiniz üçün ən vacib şey futbolla maraqlanmağınızdır. Sizə qəribə gəldi, düzdür? Haqlısınız, amma kişilərin idmana marağı olduğu üçün onunla ayaqlaşmalısınız.

2. Nədənsə kişilər xoşlandıqları qadınlardan danışarkən tez qulp qoyuruq. Artıq bundan imtina etməlisiniz. Onun sizə bəhs etdiyi qadınlardan xoşlanmasanız belə haqqında pis danışmamalısınız, yoxsa çox əsəbləşər.

3. Play-station üçün çıxan bütün oyunları onunla birgə izləməlisiniz.

4. Təraş olmayıbsa, bir söz deməyin. Siz hər gün təraş olmağın nə olduğunu bilirsinizmi?

5. Onunla birgə alış-verişə getməyi ağlınıza belə gətirməyin. Birlikdə sadəcə olaraq kişilər üçün olan mağazalara gedə bilərsiniz. Onsuz da digərlərinə getmək istəməyəcək.

6. Axmaq, şit zarafat edəndə gülməlisiniz. Hətta siz də ona qoşulmalısınız. 7. Hər gün köynək və corab dəyişdirməyin nə qədər gərəksiz olduğunu bilmirsiniz? Elə indi bilsəniz, yaxşı olar.

8. Nəsə danışanda başa düşmədiyinizi ona deməyin. Sonradan birtəhər başa düşərsiniz.

9. Sizin yanınızda olarkən dostlarıyla maraqlanırsa, qısqanmayın. Zamanla sizin varlığınızı qəbul edəcəkdir.

10. Onun tərzini tutun.

11. Cib telefonlarının markalarını, modellərini biməyiniz faydalıdır. Belə vacib bir mövzunu bilmədiyiniz zaman pərt olmaq istəməzsiniz, düzdürmü?

12. Onun dostlarını əsla tənqid etməyin, çünki buna dözməz! Dostlarına görə onunla dava etməyə dəyməz...

13. Yanınızda olanda kalori hesabı etməməlisiniz. Aldığınız kalorini onsuz da tez bir zamanda itirəcəksiniz.

14. 24 saat romantika olmaz...

15. Onun yanında olanda evlilikdən danışmayın. Kişilər evlilik mövzusunda bir az həssasdırlar.

Kişilər sizin ona olan isti münasibətinizi gördükdən sonra, inanın, çox dəyişəcəklər. Əgər sakit, sözsüz-söhbətsiz yaşamaq istəyirsinizsə, nə etməlisiniz? Kişilərlə ayaqlaşmalısınız. Qadın böyük qüvvədir - deyirlər. Hər şey sizin əlinizdədir. Əgər həyat yoldaşınızın dilini tapsanız, hər şey qaydasında gedəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!