Kişilərə xüsusi baxım məsləhətləri

Kişilərə xüsusi baxım məsləhətləri
Kişi dünyası
10.09.2017 15
‘Gözəllik və baxım' deyilincə həmişə ağıla qadınlar gəlir. Bəs
kişilər? Özümüzə bu mövzuda əlimizdən gəldiyincə comərd davranarkən
həyat yoldaşımız, qardaşımız, kişi dostumuz, nişanlımız ya da dəyər
verdiyimiz əks cins niyə məlumatlarımızdan məhrum qalsın ki?Keçdiyimiz
illərdə kosmetik, estetik, gözəllik dünyasına dair inkişafların yalnız
qadınları maraqlandırdığı zamanlar idi. Baxımına diqqət göstərən
kişilərə ‘metroseksual' deyilir. Çox hal almasalar da baxımlı kişilərin
sayında ciddi bir artım olduğunu söyləyə bilərik. Kişilərin ümumiyyətlə
hansı sahələrdə özlərinə baxmağı əhəmiyyət verdiklərindən danışmaq lazım
olsa, əvvəlcə saçlarına göstərdikləri diqqət diqqət çəkicidir. Təəssüf
ki, saç tökülmələri kişiləri bizlərə nəzərən daha çox təsir edir və
onların ‘keçəllik' problemi yaşamamaları üçün saç baxımlarına diqqət
göstərmələri çox əhəmiyyətlidir. Bunun üçün saç mezoterapiyası kişilərin
seçdiyi baxım növlərindən biridir.

Xüsusilə yay aylarında və ciddi tərləmə problemi olan digər fəsillərdə
də köynəklərindəki tər izlərindən, ləkələrindən bezmiş kişilərin
müraciət etdiyi üsul isə botoksdur. Sadəcə tərləmə üçün deyil eyni
zamanda üzlərindəki yaşlanma və sallanma təsirlərini yox etmək üçün də
botoks plomblar etdirdiklərini əlavə edək. Bəli, təbii amma dartılmış və
gənc bir üz istəyənlər yalnız qadınlar deyil.



Kişilərin ən böyük problemlərindən biri də qarınlarıdır. Bədənlərindən
müstəqil olaraq arıq bir kişinin belə böyük bir qarnı ola bilir. Bunun
üçün də kişilər regional arıqlamağı seçir. Bədən strukturlarına görə
seanslar təyin olunaraq regional çoxluqlarından xilas olmalarına
köməklik olunur.

Qadınlar qədər kişiləri də narahat edən başqa bir şey də üzlərindəki və
hətta bədənlərindəki tüklərdir. Fraksiyonal lazer üsulu özlərini bədbəxt
edən tüklərdən xilas olmaları üçün istifadə edilən üsuldur. Artıq
dərilərinin canlı görünməsini istəyənlər də artıq yalnız qadınlar deyil.

Kişilərin də qadınlar qədər baxımlı olmasını ən başda özləri üçün, daha
sonra biz qadınlar üçün son dərəcə vacib olduğunu vurğulayıram.
 
/Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!