Kişinin qüvvəsi

Kişinin qüvvəsi
Kişi dünyası
10.09.2017 4
Kişinin qüvvəsi kürəklərinin genişliyi ilə ölçülmür,

O qüvvə, sevgilisini qucaqlamağından, qollarinin uzunluğuna ölçülür.



Kişinin gücü səsinin qalınlığı ilə ölçülmür,

O, qulağa pıçıldanan gözəl sözlərlə ölçülür.



Kişinin gücü dostlarinin sayı ilə ölçülmür,

O qüvvə, kişinin öz uşaqlari ilə necə dost olması ilə ölçülür.



Kişinin qüvvəsi, onun işdə olan horməti ilə ölçülmür,

O, kişinin evdə olan hörməti ilə ölçülür.



Kişinin qüvvəsi necə ağır vurması ilə ölçülmür,

O, kişinin necə incə toxunmağı ilə ölçülür.



Kişinin qüvvəsi onun sinəsindəki tüklərdə deyil,

O, kişinin sinəsində olan ürəyindədir.



Kişinin qüvvəsi neçə qadınla olmasi ilə ölçülmür,

O, kişinin tək sevgilisinə nə qədər sadiq qalması ilə ölçülür.



Kişinin hünəri onun qarnının böyüklüyü ilə ölçülmür,

Kişinin hünəri onun gözünün toxluqu ilə ölçülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!