Kişiləri cəlb edən geyimlər

Kişiləri cəlb edən geyimlər
Kişi dünyası
10.09.2017 91
Biz qadınlar geyinib-keçinməyi çox xoşlayırıq. Əslində, qadınlar kişilər üçün deyil, özləri üçün bəzənib-düzənir. Amma kişilər də ən az qadınlar qədər geyimlərlə maraqlanır. Məsələn, elə geyimlər var ki, onlar kişilərin daha çox xoşuna gəlir. Belə olan halda isə kişiləri ovsunlamaq daha asan olur. Bəs bu geyimlər hansılardır?



Dizdə bitən corab - Dizdə bitən corablar kişilərdə tələbə qız imici yaratdığı üçün seksual görünür. Lakin həddi aşıb bu corablarla büzməli ətək geyinməyi ağlınızdan keçirməyin. Onları mini şort və qısa donlarla geyinsəniz, həm eleqant, həm də çəkici görünərsiniz.

 
Kürək dekoltesi -  İstər kürək dekoltəsi  olan köynək, istərsə də don kişilərin bəyəndiyi geyimdir. Əlbəttə ki, kürək dekoltesi geyinməzdən əvvəl kürəyinizin gözəlliyindən və cazibəsindən əmin olmalısınız. Eyni anda həm ayaqları, həm sinəni, həm də kürəyi açmaq olmaz. Əks halda gözəlliyin bütün sehrini itirərsiniz...
 

 
Boxer Şort - Aşırı seksual, krujevalı alt paltarından daha bəsit bir seçim var. Boxer şortlar bəlkə də kişilərə aid parça olduğu üçün ən çəkici geyimlər arasında zirvədə dayanır. Söhbət əlbəttə ki, qadınlar üçün tikilən boxer şortlarından gedir...
 

 
Ağ kişi köynəyi - Qadın çəkicliyini artıran daha bir geyim. Filmlərdə sevgilisinin ağ köynəyini geyinən qadınları yadınıza salın... Kişilərə aid olan ağ köynək hər qadının qarderobunda olmalıdır.
 

 
Hündür daban ayaqqabı - Bu isə təzə xəbər deyil... Əlbəttə ki, kişilər bütün hündür daban ayaqqabı geyinən qadınları cazibədar olduğunu düşünmür. Əgər o ayaqqabılarda gəzməyi bacarmırsınızsa, bəxtinizi digər geyimlər üzərində sınaqdan keçirin.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!