Evli kişilər daha cazibədardır

Evli kişilər daha cazibədardır
Kişi dünyası
10.09.2017 12
Bəzi hallarda qadınlar sevdikləri kişinin evli olduğunu bildikləri halda
onunla münasibəti davam etdirirlər. Bu çoxlarımıza düzgün, anlaşılan
münasibət kimi görünməyə bilər. Bu yaxınlarda Oklahoma Universitetində
aparılan bir araşdırma qadınların bu seçimlərinin səbəbinə müəyyən qədər
aydınlıq gətirib. Bu məqsədlə 10 minə yaxın qadın və kişi arasında
sorğu keçirilib.



Sorğuda iştirak edən insanlardan evli insanla münasibət
qurub-qurmayacaqları soruşulub. Bu zaman qadınların 73%-i sevdikləri
şəxsin evli olmasının onların münasibətinə mane olmayacağını bildirib.
Bu qadınlardan 24%-i isə heç nədən çəkinmədən hazırda və ya keçmişdə
evli insanla münasibətdə olduqlarını etiraf ediblər. Onların fikrincə,
subay kişilərlə müqayisədə evlilər daha anlayışlı, yetişkin olurlar.
Buna görə də onlarla münasibəti davam etdirmək daha asan olur.



Subay kişilər isə daha ərköyün olur, münasibətdə ancaq öz fikirlərini
yeritməyə çalışırlar. Sorğu zamanı həmçinin məlum olub ki, qadınların
evli kişilələrlə münasibətə bu qədər maraq göstərməsinin digər bir
səbəbi də onların "Əgər bu kişi digər bir qadın tərəfindən seçilibsə,
deməli, başqaları ilə müqayisədə daha fərqlidir. O artıq bir qadının
sınağından üzüağ çıxıb” deyə düşünmələridir. Mütəxəssislər qadınların bu
fikirlərini "Ancelina Coli sindiromu” adlandırıblar.



Kişilərin isə yalnız 45%-i evli qadınla münasibət qurmağa normal
yanaşıblar, amma onların fikrincə, bu münasibəti uzun müddət davam
etdirmək düzgün deyil. Müəyyən zamandan sonra bu bərabərliyi sona
çatdırmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!